Araştırma Makalesi
BibTex RIS Kaynak Göster

ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI

Yıl 2019, Cilt: 3 Sayı: 1, 133 - 139, 20.06.2019
https://doi.org/10.30563/turklad.507388

Öz

Dastançılıq
xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvanlığı, təzad və
ziddiyyətləri ilə özündə əks etdirən öncül bədii düşüncənin məhsuludur.



Epik
ənənə sadə təhkiyəçilikdən peşəkar ifaçılığa qədər inkişaf yolu keçmiş, milli
dastan yaradıcılığı üçün erkən zəmin hazırlamışdır. Tədqiqatçılar mif
formulalarını “qədim türk dastanı” vahidi kimi qəbul edib, dastan mətni kimi tədqiqata
cəlb edirlər.
Qədim türkün epik təfəkküründə daha qüdrətli  bir yaradıcılıq ənənəsi –xalq nəsri
formalaşmışdı. Baxşı yaradıcılığının yekunu kimi Mərkəzi Asiya eposu yaddaşda hələ
yekunlaşıb başa çatmamışdır.    



 Bu regionun eposçuluq ənənəsindəki
epik-romantik yaradıcılıq üslubu sonrakı dövr dastan yaradıcılığı üçün eyni,
oxşar və analoji koordinatlarda davam etməkdədir. “Dastan” sözü çoxmənalı söz
kimi bacarıq, məharət, hiylə nümayiş etdirən, həm də qəhrəmanlıq, sevgi macərasını
əks etdirən əhvalat deməkdir. Bir istilah kimi 
bu söz musiqi havası, melodiya və b. mənalarda işlənməkdədir.



Qədim
türk dastanı əsasən e.ə I minilliyin ortalarında meydana çıxmışdır. Lakin epos ənənəsinə
uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik, estetik əhval-ruhiyyəsi
də onlarda öz əksini tapmışdır.
Məqalədə türk epos mədəniyyətinin  üç mərhələsindən (  Qədim, Orta əsrlər, Yeni dövr türk epos mədəniyyətindən
bəhs olunur. Türk-oğuz epik ənənəsinin əsas daşıyıcısı olan oğuznamələrin erkən
orta çağlardan başlayaraq Şərq-islam konteksti daxilində öz əvvəlki fəal tarixi
mövqeyini itirdiyi vurğulanır.

Kaynakça

  • Azərbaycan Dastanları (2005). Beş ciliddə. I cild. Bakı, “Lider nəşriyyat”, 392 səh.
  • Cəfərov, N. (1999). Eposdan Kitaba. Bakı.
  • Cəfərov, N. (2004). Qədim Türk Ədəbiyyatı. Bakı, 322səh
  • Jirmunski, M. (1961). Skazaniye ob Alpamışe i Boqatrskaya Skazka. Moskva.
  • Kiselyov, S. V. (1951). Drevnyaya İstoriya Yujnoy Sibiri. Moskva.
  • Nəbiyev, A. (2002). Azərbaycan Xalq Ədəbiyyatı. Bakı, 678 səh
  • Nəbiyev, A. (2006). Azərbaycan Xalq Ədəbiyyatı. 2 ciliddə, II cild (Orta Əsr və Yeni Dövr Folklor Yaradıcılığı), Bakı, “Elm” nəşriyyatı, 648 səh.
  • Nəbiyev, A. (2009). Azərbaycan Xalq Ədəbiyyatı. Bakı, “Çıraq".
  • Təhmasib, M. H. (1972). Azərbaycan Xalq Dastanları (Orta Əsrlər) Bakı.
  • Жирмунски, В. М. (1974). Тюрский Героический Епос, Moskva.
  • Проп, В. Й. (1958). Русский Героический Эпос, Moskva.
Toplam 11 adet kaynakça vardır.

Ayrıntılar

Birincil Dil Türkçe
Konular Dilbilim
Bölüm Araştırma Makalesi
Yazarlar

Aynur Seferli

Yayımlanma Tarihi 20 Haziran 2019
Gönderilme Tarihi 3 Ocak 2019
Yayımlandığı Sayı Yıl 2019 Cilt: 3 Sayı: 1

Kaynak Göster

APA Seferli, A. (2019). ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI. Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD), 3(1), 133-139. https://doi.org/10.30563/turklad.507388

LİSANS

TÜRKLAD'ın içeriği Creative Commons Atıf-Gayriticari 4.0 Uluslararası Lisansı ile lisanslanmıştır.   E-ISSN: 2587-1293

Fırat Üniversitesi İnsani ve Sosyal Bilimler Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü – Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Rektörlük Yerleşkesi ELAZIĞ-TÜRKİYE / Telefon: +90 424 237 00 00 – 3525 / 3637; Belgeç: +90 424 233 00 62; elmek: uluturklad@gmail.com

13220  13225 13228 13230 13231 13234 13239 13241132411323813235132271438414444  16761