Araştırma Makalesi
BibTex RIS Kaynak Göster

Azərbaycan ədəbiyyatında İstiqlal ideyasının formalaşmasında ədəbi məclislərin rolu

Yıl 2019, Cilt: 5 Sayı: 10, 340 - 354, 30.04.2019

Öz

XIX əsrin əvvəlində Rusiyanın işğalçılıq siyastinə qarşı xalqın
müqavimət və dirənişi ilə başlanmış intibah əsrin ikinci yarısından etibarən
türk milli təfəkküründəki istiqlal ideyasının Avropa maarifçilik və tənqidi
realizm baxışları ilə sintezi nəticəsində Azərbaycanda özünəməxsus, Şərqdə və Qərbdə
analoqu olmayan, Azərbaycan “fərdiyyətçiliyini özündə ehtiva edən”
islam-türk-Avropa məzmunlu  bir
demokratik hərakat formalaşdırdı. Azərbaycan nə Şərqdəki radikal islam mahiyyətli
müstəqillik hərəkatlarını, nə Qərbdəki millətçi və millətçi olduğu qədər ateist
və Qərb kosmopolitizm ruhlu kommuna ideyalarına köklənmiş inqilabi çevirilişlər
yolunu öz müstəqil dövlətçilik arzularına ideal seçməmişdi. Aərbaycan tam fərqli,
onun fərdiliyini, özünəməxsusluğunu açıq şəkildə ifadə edən, aydınlarının, o
cümlədən ədəbiyyatının, tarixinin, fəlsəfəsinin ruhundan gələn humanist, insani
dəyərləri cəmiyyət həyatında aparıcı qüvvəyə çevirmək amacında olan bir dövlət
uğrunda  əməli fəaliyyət meydanına gəlib
çıxmışdı.  Mirzəbala Məmmədzadə “Azərbaycan
milli xartiyası”  adlı məqaləsində həmin
yolun yolçularının əvəzsiz xidmətlərini aşağıdakı kimi qeyd etmişdir:"Azərbaycan
milli xartiyasının xülasəsi, istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə
qədər, Zakirdən başlamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi,
"Əkinçi"dən "Azərbaycan”a və "Yeni Qafqaziya”ya"dək hər
birinin olduqca böyük rolu və dəyəri olmuşdur.



XIX əsrdə istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və
müstəqil dövlətçiliyə istiqamətlənməsi bir sıra ciddi hadisələrlə şərtlənmişdir.
Onlardan biri Azərbaycan dilinin fars və ərəb dillərindən qabağa keçməsi: həm tədris
prosesində, həm dərsliklərdə, həm bədii ədəbiyyatda, həm də yeni meydana çıxan
mətbu nümunələrdə öz yerini tutması idi. Digər bir məqam isə, XIX əsrin ikinci
onilliyindən başlayaraq formalaşan,ictimai şüur, milli özünüdərk prosesi üzərində
öz ciddi təsirini qoyan və çarizmin apardığı ruslaşdırma, xristianlaşdırma
siyasətinə qarşı bir müqavimət mərkəzi kimi təşəkkül tapan ədəbi məclislərin  fəaliyyət şəbəkəsinin getdikcə genişlənməsi,
təkcə qələm əhlini deyil, elmə, maarifə həvəsi olan hər kəsi öz cərgəsində birləşdirərək
ictimai fikrin flaqmanına çevrilməsi idi. Nədənsə XIX əsrdə istiqlal ideyasının
formalaşması barədə yazan müəlliflərin çox az qismi həmin proseslərdə bu ədəbi
məclislərin roluna toxunmuş, əksər halda isə, onları klassik əruzçuluq, ictimai
həyatdan uzaq mühafizəkarlıq ocaqları kimi təqdim etmişlər. Əslində isə, XIX əsr
istiqlal ideyası ya bu məclislərdə meydana çıxmış, ya da bu məclislərdə fəaliyyət
göstərmiş insanların ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətindən
nəşət tapmışdır.

Kaynakça

  • 1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi: 2 cilddə, I c., Bakı: Lider, 2004, 440 s.,s.792. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi: 2 cilddə, I c., Bakı: Lider, 2004, 440 s.,s.803. ƏYİ, B-71,vər. 111 b.4. ƏYİ, B-71,vər. 122b.5. ƏYİ, Arx.33, Q-11 (255) 6.Əhmədov T.Ə. Mirzə Şəfi – 220. “Respublika” qəz., Bakı, 2014, 05 Mart7. Köçərli F.Q. Azərbaycan ədəbiyyatı tarixi materialları: II cild, II hissə. Bakı: Azərnəşr, 1926, 283 s.538.Qarayev N.S. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 2010, s.10, 326 səh.9.Qarayev N.S. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 2010, s.10, 326 səh.10.Mirzəbala Məmmədzadə. Azərbaycan milli xartiyas// "Azərbaycan" jurnalı, 1991, № 4, s.134 11. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 112 s.,s 81-82.12. Salman Mümtaz. El şairləri. S.215-21613. Sidqi M.Ə. “Xatirələr”, ƏYİ, arx.25, Q-2 (56)14. Şərif Ə. Görkəmli şair və müəllimimiz//”Şərq qapısı”, 18 noyabr 1955-ci il
Toplam 1 adet kaynakça vardır.

Ayrıntılar

Birincil Dil Türkçe
Bölüm Araştırma Makalesi
Yazarlar

Tənzilə RÜSTƏMXANLI Bu kişi benim

Yayımlanma Tarihi 30 Nisan 2019
Gönderilme Tarihi 19 Nisan 2019
Yayımlandığı Sayı Yıl 2019 Cilt: 5 Sayı: 10

Kaynak Göster

APA RÜSTƏMXANLI, T. (2019). Azərbaycan ədəbiyyatında İstiqlal ideyasının formalaşmasında ədəbi məclislərin rolu. Uluslararası Beşeri Bilimler Ve Eğitim Dergisi, 5(10), 340-354.

Uluslararası Beşeri Bilimler ve Eğitim Dergisi 

Bu eser Creative Commons Alıntı-Gayri Ticari-Türetilemez 4.0 Uluslararası Lisansı (CC BY-NC-ND 4.0) ile lisanslanmıştır.