@article{article_1263124, title={AZƏRBAYCAN DİLİNDƏ DERİVATOLOGİYANIN SİNXRON VƏ DİAXRON ASPEKTLƏRİ}, journal={Çankırı Karatekin Üniversitesi Türkiyat Araştırmaları Dergisi}, volume={3}, pages={27–33}, year={2023}, url={https://izlik.org/JA59FN79FP}, author={İsmayıl, Zulfiyya}, keywords={derivatologiya, semantik, fonetik, morfoloji, sintaktik.}, abstract={Bu məqalədə derivatologiyanın tərkibi xüsusiyyətləri və onun problemləri araşdırılır. Azərbaycan dilçilik elminin leksikolologiya bölməsinə onomalogiya, semasiologiya, etimologiya və derivatologiya daxildir Derivatologiya demək olar ki, dilçiliyin bütün şöbələri ilə sıx əlaqədardır. Derivatologiya termini Azərbaycan dilçilik elminə ötən əsrin ortalarından daxil olmuşdur. Derivatologiya demək olar ki, Azərbaycan dilçilik elminin dörd sahəsi ilə sıx sürətdə bağlıdır. Bu əsnada qeyd etmək lazımdır ki, derivatologiya leksika, morfologiya və sintaksislə bir başa əlaqədə inkişaf edir. Dildəki bütün sözləri sözyaratma yolu ilə yaranırr. Həmçinin məqalədə derivatologiyanın yəni sözyaratmanın yaranma yollarından bəhs açılır. Azərbaycan dilində başlıca olaraq dörd yolla söz yaradılır: 1) semantik; 2) fonetik; 3) morfoloji və 4) sintaktik yolla. Son illər müxtəlif dillərdə derivatologiya problemləri ilə bağlı yazılan əsərlər bu dilçilik bölməsinin gərəkliliyini bütün aydınlığı ilə göstərdi. Dilin derivatoloji quruluşundakı mexanizmi açmaq, dil sisteminin qədim dövrünə enmək, onun daxili inkişaf tendensiyalarını üzə çıxarmaq imkanına malik olan derivatologiyanın öyrənilməsi Azərbaycan dilçiliyinin qarşısında duran ən aktual problemlərdən biridir. Derivatologiya problemlərinin araşdırılmasından alınan nəticələr, təkcə Azərbaycan dilinin deyil, başqa türk dillərinin tarixinə də yeni baxışla yanaşmağa imkan verir. Türk dilləri sisteminin neçə min il əvvəl aldığı vəziyyətdə pozulmadan davam etməsi və ümumi inkişaf tendensiyaları əsasında bugünkü vəziyyətə gəlib çatması derivatoloji yozumda daha aydın görünür. Hətta Azərbaycan dilinin derivatologiyası üzərində aparılan ilkin müşahidələr əsasında söylənilən fikirlər belə ümumi dilçilik əhəmiyyəti kəsb edə bilər.}, number={1}, organization={AMEA Naxçıvan Bölümü}