@article{article_1460262, title={Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi məsələsinə dair}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={11}, pages={654–665}, year={2024}, DOI={10.46868/atdd.2024.676}, author={Hasanova, Leyla}, keywords={Azərbaycan, Dağlı respublikası, Denikin, “Könüllü Ordu”, Temir xan Şura.}, abstract={Məqalədə 1918-1919-cu illərdə Azərbaycan və Dağlı respublikası arasındakı siyasi əlaqələr tədqiq olunmuşdur. Bu respublikalar 1918-ci ilin may ayında yaranmışdılar və hər iki respublika Osmanlı dövləti ilə diplomatik əlaqələr qurmuşdu.Osmanlı dövləti Qafqazda yaranan bu respublikalara siyasi və hərbi yardım edirdi. Azərbaycan və Dağlı respublikalarının ən ciddi rəqibləri Sovet Rusiyası və general Denikin idi: hər iki siyasi qüvvə Azərbaycanın və Dağlı respublikasının müstəqilliyini tanımır¬dılar. Müstəqilliyin qorunması üçün bu respublikalar birləşməyə can atırdılar. Azərbaycan Respublikasında bütün siyasi qüvvələr bu ittifaqı dəstəkləyirdilər. Ancaq Dağlı respublikasında Azərbaycanla birləşmək məsələsində vahid yanaşma yox idi. Dağlı respu¬blikasının Parlamenti 1919-cu ilin may ayında Dağıstanın Azərbaycana birləşmək məsələsini müzakirə etdi. Lakin müzakirələrdən sonra Azərbaycana birrləşmək haqqında konkret qərar qəbul olunmadı. Dağlı respublikasının siyasi xadimlərinin çoxu Azərbaycanla yalnız hərbi ittifaq yaratmağın tərəfdarı idi. Nəzərə alaq ki, Antanta dövlətləri də Dağıstanın Azərbaycana birləşməsinin əleyhinə idilər.}, number={1}, publisher={Hakan YILMAZ}