@article{article_1554144, title={XIX-XX əsrin əvvəllərində Qarabağ və Şərqi Zəngəzurda xalq bayramları və mərasimləri (etnoqrafik-çöl tədqiqatları əsasında)}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={11}, pages={2716–2740}, year={2024}, author={Məhərrəmova, Solmaz}, keywords={Qarabağ, Novruz bayramı, Qurban bayramı, etnoqrafik}, abstract={Məqalədə 19 ve 20 əsrin əvvəllərində Qarabağ və Şərqi Zəngəzurda xalq bayramları və mərasimlərindən bəhs edilir. Çoxəsrlik tarixə malik mənəvi mədəniyyətimizin mühüm tərkib hissəsini təşkil edən xalq bayramları rəngarəngliyi, kütləvi xarakteri və dərin məzmunu ilə daim diqqəti cəlb etmişdir. Bayramlar məzmununa görə mövsümi və dini bayramlara bölünür. Azərbaycanda, onun ayrılmaz parçası hesab edilən Qarabağ və Şərqi Zəngəzurda, eləcə də bütün türk xalqları arasında qədim tarixə malik Novruz kimi mövsümi bayramla yanaşı, Ramazan (Orucluq) bayramı, Qurban bayramı kimi dini bayramlar habelə Məhərrəmlik mərasimi keçirilmiş və indi də xalqımızın əziz bayramları kimi qeyd edilməkdədir. Bölgənin maldar əhalisi arasında hazırda unudulmuş “Xıdır Nəbi” mərasimi “qurdların bayramı” adlandırılmış və fevral ayının ortalarında 3 gün qeyd edilmişdir. Məqalədə bölgə əhalisinin bayramlara hazırlığı, bayramlarla bağlı adət-ənənələr, ayinlər, fallar və s. haqqında geniş məlumat verilir. Məqalə zəngin çöl- etnoqrafik materialları, eləcə də tədqiq olunan mövzu ilə bağlı dövri nəşrlərdə əksini tapmış tədqiqatlar əsasında yazılmışdır.}, number={4}, publisher={Hakan YILMAZ}