@article{article_1569253, title={İlk İndoneziya romanı "Sitti Nurbaya" nın mövzu, ideya və obraz problematikası}, journal={Müqayisəli Ədəbiyyatşünaslıq}, volume={2}, pages={45–53}, year={2024}, author={Ramazanova, Leyla}, keywords={İndoneziya, roman, Marah Rusli}, abstract={Annotasiya. Məqalə İndoneziya ədəbiyyatında roman janrının təşəkkülü, inkişafı məsələlərinə həsr olunmuşdur. İndoneziya ədəbi mühitində roman janrının yaranmasına səbəb olan əsas amillərdən biri kimi “Balayi Pustaka” nəşriyyatının yaranması, kitab çapının sürətlənməsi göstərilir. İndoneziya ədəbiyyatında roman janrı ənənəvi janrlarının strukturu əsasında yaranmış, böyük qisimdə milliliyi qoruyub saxlamışdır. İlk romanlardan biri Marah Ruslinin müəllifi olduğu, müstəqil qərar verən, aktiv, şəxsi xoşbəxtliyi və azadlığı üçün can atan obrazların yaradıldığı “Sitti Nurbaya” əsəridir. XX əsrin əvvəllərində baş verən iqtisadi-siyasi vəziyyəti, ailə-məişət qayğılarını, gənc və yaşlı nəsil arasındakı fikir ayrılıqlarını, kapitalizmin gətirdiyi problemləri incəliklərinə qədər təsvir edən roman İndoneziya ədəbiyyatının klassik nümunəsi kimi dəyərləndirilir. Qərb ədəbiyyatının ənənələri ilə milli koloriti özündə birləşdirən, müəyyən qüsurlu cəhətlərinə baxmayaraq, ilk roman kimi dəyərli, orijinal əsərdir.}, number={2}, publisher={Azerbaycan Milli Bilimler Akademisi}