@article{article_1620607, title={Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti İlə Qarşılıqlı Əlaqələrində Naxçıvan Muxtar Respublikasının Geosiyasi Əhəmiyyəti}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={885–901}, year={2025}, DOI={10.46868/atdd.2025.897}, author={Qasımov, ədalət}, keywords={Azərbaycan Respublikası, Türkiyə Respublikası, Naxçıvan, geosiyasi amil, beynəlxalq əlaqələr, region}, abstract={Məqalədə Azərbaycan-Türkiyə münasibətlərinin formalaşması və inkişafında Naxçıvanın mühüm geosiyasi amil kimi yeri və rolu nəzərdən keçirilmiş, Azərbaycanın qədim türk torpaqlarından biri kimi təşəkkül tapmış Naxçıvan diyarının geosiyasi vəziyyətini müəyyənləşdirən amillər təhlil edilmişdir. Naxçıvan Muxtar Respublikası çox böyük iqtisadi potensiala malikdir, bu isə o deməkdir ki, qonşu dövlətlər üçün Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlər kontekstində onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq etmək çox sərfəlidir. Hər bir ölkənin regionlarının dövlətin xarici siyasət kursunun həyata keçirilməsində iştirakı həmin regionların geosiyasi vəziyyəti, etno-siyasi və tarixi inkişaf xüsusiyyətləri, dövlətçilik ənənələri kimi amillərlə sıx əlaqədardır. Məlum olduğu kimi, Naxçıvan tarixin uzun dövrü ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. Naxçıvan əhalisinin mütləq əksəriyyətini etnik azərbaycanlılar təşkil edir və bu amil regionun Azərbaycanla həm də mədəni-milli vahidliyini özündə təcəssüm etdirir. Başqa sözlə, Naxçıvan heç vaxt özünü Azərbaycan dövlətçiliyindən kənarda təsəvvür edən, separatçı hərəkətlərin mövcud olduğu ərazi vahidi olmamışdır. Bu baxımdan Naxçıvan regionunun geosiyasi şəraiti onun beynəlxalq fəaliyyətini şərtləndirən əsas amil olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərində də mühüm rol oynadığını ortaya çıxarır.}, number={2}, publisher={Hakan YILMAZ}