@article{article_1625235, title={XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATINDA FOLKLOR ÜSLUBU}, journal={Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)}, volume={9}, pages={129–137}, year={2025}, DOI={10.30563/turklad.1625235}, author={Kerimova, Xuraman}, keywords={uşaq ədəbiyyatı, maarifçilik, folklor üslubu, şeir, uşaq yazarları}, abstract={XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı genişləndi. Bu, ölkədə uşaq ədəbiyyatının yaranması və inkişafına güclü təkan verdi. Həmin dövrün pedaqoq-ədibləri bədii yaradıcılıqları ilə milli özünüdərk prosesinə çox dəyərli töhfələr verdilər. Onlar Azərbaycan folklorunun müxtəlif janrlarından və mövzularından istifadə etməklə uşaq ədəbiyyatının ən diqqətçəkən nümunələrini yaratdılar. Şifahi xalq ədəbiyyatından bəhrələnən milli uşaq poeziyasının həmişəyaşar nümunələri məhz bu dövrdən yaranmağa başladı. Azərbaycan folklorundan tapmaca, layla, sanama, düzgü, yanıltmac, qaravəlli uşaq yazarlarının daha çox istifadə etdikləri janrlar idi. Dastanlar, xalq nağılları, əfsanə və rəvayətlər onların yaradıcılıqları üçün ən yaxşı mövzu mənbəyi oldu. Bu əsərlərin hər biri bu gün də dil və üslub, forma və məzmun, ahəng, eləcə də həcm baxımından uşaqları asanlıqla özünə cəlb edə bilir. Ötən əsrin əvvəllərində Azərbaycan məktəblərində müəllimlərin dərsdə istifadə edə biləcəyi, pedaqoji tələblərə cavab verən, uşaqların maraqlarına, düşüncə tərzinə münasib olan bədii əsərlər, demək olar ki, yox idi. O dövrün pedaqoq-ədibləri ilk uşaq əsərlərini əsasən şagirdlərin dərs prosesində istifadə etməsi üçün yazmışlar. Bu ədəbi nümunələr əsasən əxlaqi-didaktik mövzudadır, milli-mənəvi dəyərləri təbliğ edir, dünyagörüşünün zənginləşməsinə xidmət edir. Mikayıl Müşfiq, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və başqaları folklor üslubunda yazılmış ilk uşaq əsərlərinin müəlliflərindəndirlər.}, number={1}, publisher={Ahmet BURAN}, organization={yok}