TY - JOUR T1 - XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATINDA FOLKLOR ÜSLUBU TT - Folklore style in Azerbaijani children’s literature of the early 20th century AU - Kerimova, Xuraman PY - 2025 DA - June Y2 - 2025 DO - 10.30563/turklad.1625235 JF - Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD) JO - TÜRKLAD PB - Ahmet BURAN WT - DergiPark SN - 2587-1293 SP - 129 EP - 137 VL - 9 IS - 1 LA - tr AB - XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı genişləndi. Bu, ölkədə uşaq ədəbiyyatının yaranması və inkişafına güclü təkan verdi. Həmin dövrün pedaqoq-ədibləri bədii yaradıcılıqları ilə milli özünüdərk prosesinə çox dəyərli töhfələr verdilər. Onlar Azərbaycan folklorunun müxtəlif janrlarından və mövzularından istifadə etməklə uşaq ədəbiyyatının ən diqqətçəkən nümunələrini yaratdılar. Şifahi xalq ədəbiyyatından bəhrələnən milli uşaq poeziyasının həmişəyaşar nümunələri məhz bu dövrdən yaranmağa başladı. Azərbaycan folklorundan tapmaca, layla, sanama, düzgü, yanıltmac, qaravəlli uşaq yazarlarının daha çox istifadə etdikləri janrlar idi. Dastanlar, xalq nağılları, əfsanə və rəvayətlər onların yaradıcılıqları üçün ən yaxşı mövzu mənbəyi oldu. Bu əsərlərin hər biri bu gün də dil və üslub, forma və məzmun, ahəng, eləcə də həcm baxımından uşaqları asanlıqla özünə cəlb edə bilir. Ötən əsrin əvvəllərində Azərbaycan məktəblərində müəllimlərin dərsdə istifadə edə biləcəyi, pedaqoji tələblərə cavab verən, uşaqların maraqlarına, düşüncə tərzinə münasib olan bədii əsərlər, demək olar ki, yox idi. O dövrün pedaqoq-ədibləri ilk uşaq əsərlərini əsasən şagirdlərin dərs prosesində istifadə etməsi üçün yazmışlar. Bu ədəbi nümunələr əsasən əxlaqi-didaktik mövzudadır, milli-mənəvi dəyərləri təbliğ edir, dünyagörüşünün zənginləşməsinə xidmət edir. Mikayıl Müşfiq, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və başqaları folklor üslubunda yazılmış ilk uşaq əsərlərinin müəlliflərindəndirlər. KW - uşaq ədəbiyyatı KW - maarifçilik KW - folklor üslubu KW - şeir KW - uşaq yazarları N2 - In the early 20th century, the enlightenment movement in Azerbaijan expanded significantly, providing a strong impetus for the emergence and development of children’s literature in the country. The educators and writers of that period made invaluable contributions to the process of national self-consciousness through their literary creativity. By drawing on various genres and themes from Azerbaijani folklore, they created some of the most notable examples of children’s literature. Enduring exemplars of national children’s poetry—rooted in oral folk traditions—began to emerge during this period. Traditional genres such as tapmaca (riddles), layla, sanama (counting-out rhyme), duzgu, yanıltmac (alliteration), and qaravalli were among the forms most frequently employed by children’s literature authors. Epics, folk tales, legends, and narratives provided the best thematic source material for their creative works. Each of these works continues to attract young readers today in terms of language and style, form and content, rhythm, as well as overall appeal. At that time, there were virtually no literary works available for classroom use in Azerbaijani schools that met pedagogical requirements and resonated with the interests and thought processes of children. The educators and writers of the period primarily composed the first children’s works for use in the educational process. These literary examples predominantly address moral and didactic themes, promote national and spiritual values, and contribute to the enrichment of one’s worldview. Mikayıl Müşfiq, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, and others, are counted among the authors of the earliest children’s works written in the folklore style. CR - Adilov, M. və Mərdanov, V. (2019). Uşaq və şeir. Bakı: Elm. CR - Azərbaycan uşaq ədəbiyyatı antologiyası 3 cilddə (ed. Q. Namazov) (2005). Bakı: Öndər. CR - Belinski, V. (1948). Seçilmiş əsərləri. Bakı: Uşaqgəncnəşr. CR - Həbibbəyli, İ. (2020). Uşaq dünyasında ədəbiyyat və uşaq ədəbiyyatı dünyası: [Elekrton resurs] / − Bakı, − 13 iyun. URL:https://science.gov.az/az/news/open/13362 CR - Müşfiq, M. (1973). Əsərləri. 3 cilddə, III c. Bakı: Azərnəşr. CR - Mustafayeva, X. (2011). Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Elm. CR - Qafarlı, R. (2013). Uşaq folklorunun janr sistemi və poetikası. Bakı: Elm və təhsil. CR - Sabir, M.Ə. (1980). Hophopnamə. Bakı: Yazıçı. CR - Şaiq, A. (1978). Əsərləri. 5 cilddə, V c. Bakı: Yazıçı. CR - Şaiq, A. (1984). Seçilmiş əsərləri. Bakı: Gənclik. CR - Saləddin, Ə. (1969). Sabir və folklor. Bakı: Gənclik. CR - Səhhət, A. (2005). Seçilmiş əsərləri. Bakı: Lider. CR - Uşaq ədəbiyyatı (1986). Azərbaycan Sovet Ensiklopediyası. Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. C. IX. UR - https://doi.org/10.30563/turklad.1625235 L1 - https://dergipark.org.tr/tr/download/article-file/4544495 ER -