@article{article_1663369, title={Cəlaləddin Ruminin “Məsnəvi-ye Mənəvi” Əsərində Məqamların Şərhi}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={1026–1044}, year={2025}, DOI={10.5281/zenodo.15629727}, author={Məmmədova, İlhamə}, keywords={Cəlaləddin Rumi, Məsnəvi-ye mənəvi, Tövbə, Möminlik, Zühd, Fəqr, Səbr, Təvəkkül}, abstract={Təsəvvüfdə və sufinin keçdiyi seyrü-sülukun şərhində ən mühüm məsələlərdən biri məqamlar və hallardır ki, sufi və arif həqiqi kamala və Haqqa çatmaq üçün bu mərhələləri qət etməlidir. Bu hallar onun varlığına daxil olmalı və o, bunlardan bəhrələnməlidir. Oxşar forma irfanda da mövcuddur ki, bunlar artıq mənzil və mərhələlər adlanır. Qeyd etmək lazımdır ki, bu etapları bəzən bab, meydan və s. də adlandırırlar. Salik gərək riyazat mücahidə ilə məqamı əldə etsin. O məqamda qalaraq, onun şərtlərini yerinə yetirsin və bundan sonra digər məqama keçsin. Hal ancaq qeybdən gəlmədir. Bu elə bir davamsız, qısa bir halətdir ki, saikin qəlbinə düşür, işıq kimi parlayır və keçir. Sufilərdə yeddi məqam məşhurdur. Bunlar tövbə, vərə (möminlik), zühd (tərkidünyalıq), fəqr (yoxsulluq), səbr, təvəkkül və rizadır (razılıq, şükr). Digər sufi məqamlarından fərqli olaraq tövbə, vərə, zühd, fəqr, səbr, təvəkkül, riza məqamları və onların əhəmiyyətini Mövlana “Məsnəvi-ye mənəvi” əsərində geniş şəkildə göstərmişdir. Sonralar təriqətdə birləşən sufi və ariflər həmin məqamlardan bəhrələnmişlər. Məhz bu məqamlar Mövləviyyə təriqətində möhkəmlənmiş və bu səbəbdən də biz tədqiqatımızda bu yeddi məqamı “Məsnəvi-ye mənəvi” əsəri əsasında araşdırmağı lazım bilirik.}, number={1}, publisher={Hakan YILMAZ}