TY - JOUR T1 - Xaqani Şirvaninin “Qocalıq və Ağ Saçlar Haqqında Yazdığı Qitə”sinin Ədəbi və Dini Kontekstlərdə Təhlili TT - XAQANİ ŞİRVANİNİN QOCALIQ VƏ AĞ SAÇLAR HAQQINDA YAZDIĞI QİTƏ AU - Zeynalova, Elnara PY - 2025 DA - October Y2 - 2025 JF - Müqayisəli Ədəbiyyatşünaslıq JO - CL PB - Azerbaycan Milli Bilimler Akademisi WT - DergiPark SN - 2663-4414 SP - 42 EP - 50 VL - 2 IS - 1 LA - az AB - Məqalədə XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfzələddin bin Əli Nəccar Xaqani Şirvaninin yaradıcılığına müraciət edilmiş və onun qocalıq və ağ saçlar haqqında ərəb dilində yazdığı qitəsi təhlil edilmişdir. Şairin ərəbcə yazdığı əsərlərin uzun illər tədqiqatdan kənarda qaldığını nəzərə alsaq, araşdırmamız klassik ədəbiyyat üçün aktual olub bu sahədə müşahidə olunan boşluğun, qismən də olsa, aradan qaldırılmasına xidmət edir.Məzmununa görə ərəb ədəbiyyatında الشيب ağ saçlar haqqında yazılan şeir növünə aid etdiyimiz qitə 11 beytdən ibarətdir. Burada şair qocalığın əlaməti olan ağ saçlardan bəhs etmiş, ağarmış tüklərin boyanmasının qəbahət olmadığını, əksinə, bu adətin səhih hədislər əsasında caiz olduğunu göstərmişdir. Boyamanın caizliyini əsaslandırmaq üçün dini mənbələrə istinad edən şair, qitədə həm də qocalığın qarşısının alınmasının mümkün olmadığı fikrini də diqqətə çatdırmışdır.Qeyd edək ki, saç və saqqalın boyanması məsələsi həm dini mənbələrdə, həm də klassik poeziyada müxtəlif cür şərh olunmuş və mübahisə obyektinə çevrilmişdir. Bu baxımdan Xaqaninin qitəsi yalnız poetik deyil, həm də dini mənbələrdəki fərqli yanaşmaları əks etdirməsi ilə diqqət çəkir. Beləliklə, təqdim olunan məqalə həm Xaqani irsinin az öyrənilmiş sahəsinə müraciət, həm də İslam mədəniyyətində estetik və dini baxışların qarşılıqlı araşdırılması baxımından aktuallıq kəsb edir.Məqalədə qitə ərəb dilindən filoloji şəkildə tərcümə olunmuş, şairin fikirləri müraciət etdiyi hədislər əsasında şərh edilmiş və müxtəlif şairlərin münasibəti çərçivəsində araşdırılmışdır. KW - Xaqani Şirvani KW - Qocalıq KW - Ağ Saçlar KW - Gənclik KW - Saç Boyam N2 - XI–XII əsrlər Azərbaycan ədəbiyyatının ən məhsuldar dövrü hesab olunur. Bu dövrün məşhur şairlərindən olan Əfzələddin bin Əli Nəccar Xaqani Şirvani iki dildə – fars və ərəb dillərində mənzum və mənsur əsərlər yazıb. Şairin fars dilində olan əsərlərindən fərqli olaraq, ərəb dilində yazdığı əsərlər az öyrənilib. Halbuki Xaqani fars dili ilə yanaşı, ərəb dilinə də dərindən bələd olub və onun ərəb dilində yazdığı əsərlər yaradıcılığının ayrılmaz hissəsini təşkil edir. Xaqani fars dilində yazdığı əsərlərində olduğu kimi, ərəbcə yazdığı əsərlərində də müxtəlif mövzulara toxunub. Şairin ərəb di¬lin¬də olan ir¬si¬nin mü¬əy¬yən his¬sə¬si¬ni Şir¬van, Bağ¬dad, Təb¬riz, Xo¬ra¬san, Rey, İs¬fa¬han, Yə¬mən, İraq haq¬qın¬da olan dü¬şün-cə¬lə¬ri təş¬kil edirsə, ictimai, fəlsəfi, dini məzmunlu beytləri də az deyil. Bu baxımdan onun ağ saçlar və qocalıq haqqında dediyi qitə maraq doğurur. Qitədə şair qocalığın əlaməti olan ağ saçlardan bəhs etmiş, ağarmış tüklərin boyanmasının qəbahət olmadığını, əksinə, bu adətin səhih hədislər əsasında caiz olduğunu göstərmişdir. Məqalədə qitə ərəb dilindən filoloji şəkildə tərcümə olunmuş və şairin demək istədiyi fikirlər hədislər əsasında şərh edilmişdir. CR - El Shamsy, A. (2020). The Curious Case of Early Muslim Hair Dyeing Islam at 250. Studies in Memory of G. H. A. Juynboll, 10, 187-206. CR - Juynboll, G. H. A. (1986). Dyeing the Hair and Beard in Early Islam: A Ḥadīth-Analytical Study. Arabica, 38(1). CR - Namdar, M. b. In: Paris Milli Kitabxanasının əlyazması. CR - Qasımova, A. (2023). Ərəb ədəbiyyatı. V-XIII əsrlər. CR - Sultanov, R. (1987). Siyasətnamə. Elm. CR - Topgül, M. E. (2018). Hicri 3. Asrın Başlarında Sünnete Sarılmak: “Saç-Sakalını da Boyardı”. Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi 59(1), 110. CR - Крачковский, И. Ю. (1956). Избранные сочинения. В 6 томах: т. 2. Издательство Академии Наук СССР. CR - ابن منظور. لسان العرب. بيروت: دار الصادر. المجلد الخامس CR - ابن منظور. لسان العرب. بيروت: دار الصادر. المجلد الثالث عشر CR - ابن المعتز. ديوان. بيروت: دار الصادر، دون تأريخ CR - أبو حنيفة أحمد بن داود الدينوري. كتاب النبات. الجزء الثالث. 1394 هـ - 1974 م CR - أبو العتاهية. ديوان. بيروت: دار بيروت للطباعة و النشر، 1406 هـ - 1986 م CR - أحمد بن حنبل. مسند، الجزء الثاني عشر. بيروت، 1417 هـ - 1997 م CR - الاسفهاني، أبو الفرج. كتاب الاغاني، الجزء الرابع. القاهرة: دار الكتب المصرية، ١٣٦۹ هـ - ١۹٥۰ م CR - التونجي، محمد. حول الادب في العصر السلجوقي. منشورات مكتبة قورينا، ١٩٧٤ CR - سنن الترمذيّ. المجلد الثالث. القاهرة، الطبعة الثانية. 1437 هـ - 2016 م CR - صحيح البخاري. دمشق، الطعة الاولى، 1423 هـ - 2002 م CR - الكليني، الشيخ محمد بن يعقوب. الكافي. الجزء السادس. طهران: دار الكتب الاسلاميّة، ۱٣٦۷ ش. CR - الورّاق، محمود بن حسن. ديوان .جمع و تحقيق: عدنان راغب العبيدي. بغداد، ١۹٦۹ https://al-maktaba.org/book/31862/5368#p37 UR - https://dergipark.org.tr/tr/pub/cljournal/issue//1669281 L1 - https://dergipark.org.tr/tr/download/article-file/4742110 ER -