@article{article_1730328, title={Türkiyənin Gürcüstan Siyasətində Abxaziya Problemi}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={1123–1135}, year={2025}, DOI={10.5281/zenodo.17144874}, author={Hüseynli, Hüseyn}, keywords={Türkiyə, Abxaziya, Gürcüstan, Rusiya, Mixeil Saakaşvili}, abstract={Məqalədə Türkiyənin Gürcüstan siyasətində Abxaziya problemi, onun tarixi, siyasi və diplomatik aspektləri təhlil edilir. Araşdırmada Abxaziya münaqişəsinin kökləri, etnik gərginliklərin rolu və Sovet dövrünün siyasətlərinin təsiri nəzərdən keçirilir. Eyni zamanda, Gürcüstanla strateji tərəfdaşlıq, Abxaz diasporası və Rusiyanın geosiyasi təsiri Türkiyənin bu məsələyə yanaşmasını formalaşdıran əsas amillər kimi vurğulanılır. Ankara Gürcüstanın ərazi bütövlüyünü rəsmi olaraq tanısa da, daxili və regional faktorlar onun mövqeyinə təsir göstərmişdir. Araşdırmada Türkiyənin Gürcüstanla diplomatik əlaqələrini qorumaqla yanaşı, Abxaziya ilə tarixi və mədəni bağlılıqlarını necə tarazlaşdırmağa çalışdığı qeyd olunur. Nəticələr göstərir ki, Türkiyənin ehtiyatlı siyasəti və geosiyasi məhdudiyyətlər onun münaqişənin həllində fəal rol oynamasını çətinləşdirmiş, bu isə Abxaziyada Rusiyanın təsirinin artmasına səbəb olmuşdur.}, number={2}, publisher={Hakan YILMAZ}