@article{article_1758571, title={İnformasiya Cəmiyyətində Kitabxanaçılıgın İnkişafı üçün Davamlı Təhsil Sistemi}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={287–299}, year={2025}, author={Aliyeva, Aygun}, keywords={Fasiləsiz Təhsil, Peşə Təhsili, İxtisasartırma, Şəxsi Təhsil, Təhsilin Pillələri, Metodiki Mərkəzlər}, abstract={Kitabxana infrastrukturunda mürəkkəbləşən müasir tendensiyalar: informasiya və telekommunikasiya texnologiyasının kitabxana¬larda istifadəsi, internetin tətbiqi yeni şəraitdə şüurlu şəkildə işləyə biləcək kitabxana-informasiya mütəxəssislərinin olmasını zəruri edir. Məqalədə kitabxana-informasiya mütəxəssislərinin fasiləsiz təhsil prosesinin iştirakçısı kimi cəmiyyətdə yeni ideyalara yiyələnərək, bilik bacarıq və vərdişlərini təkmilləşdirmək imkanından və bu istiqamədə görülən işlərdən bəhs edilir. Peşəkar kitabxanaçı kadrların fasiləsiz təhsilinin təşkilində metodik mərkəz kimi fəaliyyət göstərən M. F. Axundov adına Respublika Milli Kitabxanasının iş təcrübəsindən, fasiləsiz təhsil sistemində kitabxana işçiləri üçün təşkil edilən ixtisasartırma kurslarının əhəmiyyətindən söhbət açılır. Eyni zamanda kitabxana informasiya mütəxəssislərinin təhsilində tədris proqram və planlarınn (BDU-nun «İnformasiya və sənəd menecmenti» fakültəsinin tədris planı) təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilir, metodik mərkəzlərin ixitisasartırma proseslərindəki fəaliyyəti, mütəxəssislərin təhsil prosesinin mərhələ və pillələri və şəxsi təhsil haqqında məlumat verilir.}, number={4}, publisher={Hakan YILMAZ}