@article{article_1767648, title={Müharibə illərində Azərbaycan SSR-in Hərbi Təxliyə Hospitalları (1941-1945-ci illər)}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={458–474}, year={2025}, author={Emrahov, Mais}, keywords={Müharibə, Döyüşçü, Tibb Bacısı, Yaralı, Hərbi Hospiral}, abstract={Məqalədə qeyd olunur ki, Sovet İttifaqının 1941-1945-ci illər Böyük Vətən müharibəsi başlanan zaman ümumi səfərbərlik planına əsasən, Azərbaycanda hospital şəbəkəsinin ilk vaxtlar 6000 çarpayılıq olub 7-8 təxliyə hospitalı həddində formalaşdırmaq planlaşdırılırmış, lakin cəbhədə əməliyyatların genişlənməsi nəticəsində Bakı və ümumuilikdə respublika hərbi sanitariya və təxliyə xidmətinin fəaliyyət bazasına çevirmiş, hospitallar üz-çənə, neyro-cərrahiyyə, göz, protez, yoluxucu xəstəliklər, terapevtik və dəri-zöhrəvi olmaqla ixtisaslaşmışdılar. Təxliyə hospitallarının təşkilində təkcə tibb işçiləri deyil, Bakı ictimaiyyəti də iştirak etmişdi. Hərbi hospitallar Azərbaycan Dövlət Universiteti (indiki İqtisad Universiteti)), Elmlər Akademiyası, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU), Bakı şəhər Mədəniyyət Evi, Konservatoriya, Birinci Poliklinika binasında yerləşirdi. Ümumilikdə 1941-ci ildə respublikada 66 hərbi hospital yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycan SSR-in təxliyə hospitallarında ümumilikdə 441 mindən çox yaralı və xəstə müalicə olunmuşdur. Müharibənin çətinlikləri ilə əlaqədar daxil olan şikayət məktublarında bir sıra hospitallarda yaralı xəstələr arasında antisovet meylli adamlara rast gəlinmiş, onlar faşistlər xeyrinə təşviqat aparmış, faşist Almaniyasının qüvvələrini tərif edən fikirlər səsləndirmişlər.}, number={4}, publisher={Hakan YILMAZ}