@article{article_1779815, title={Azərbaycan və Türkiyə arasında geostrateji müttəfiqlik: İğdır–Naxçıvan qaz kəməri layihəsinin regional əhəmiyyəti və təsirləri}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={1131–1142}, year={2025}, author={Zeynalova, Aytekin}, keywords={İğdır, Naxçıvan, Qaz Boru Kəməri, Enerji Təhlükəsizliyi, Regional İnteqrasiya}, abstract={Bu məqalə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında enerji əməkdaşlığının mühüm komponenti olan İğdır–Naxçıvan qaz kəmərinin regional geostrateji əhəmiyyətini araşdırır. Tədqiqat layihənin Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi, təchizatın şaxələndirilməsi və blokada nəticəsində yaranmış sosial-iqtisadi çətinliklərin azaldılması baxımından rolunu təhlil edir. Metodoloji çərçivə tarixi-analitik və müqayisəli yanaşmalar əsasında qurulmuş, layihənin formalaşma mərhələləri, müasir geosiyasi şəraitdə funksionallığı və Azərbaycan–Türkiyə strateji müttəfiqliyinə təsiri qiymətləndirilmişdir. Analiz göstərir ki, İğdır–Naxçıvan qaz kəməri təkcə enerji infrastrukturu layihəsi deyil, həm də Cənubi Qafqazda yeni geoiqtisadi əlaqə xəttinin yaranmasına, regional inteqrasiya proseslərinin sürətlənməsinə və Türkiyə–Azərbaycan əməkdaşlığının institusional güclənməsinə xidmət edir. Layihə həmçinin türk dünyasının enerji xəritəsinin genişlənməsinə və regionda balanslaşdırıcı gücün formalaşmasına töhfə verir.}, number={5}, publisher={Hakan YILMAZ}, organization={Bakı Dövlət Üniversiteti}