@article{article_1785961, title={Antik Müəlliflərdə Alban İti Hekayələri və Böyük İsgəndərin Qafqazda Olması Haqqında Müzakirələr}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={936–959}, year={2025}, DOI={10.46868/atdd.2025.989}, author={Həsənova, Müşərrəf}, keywords={Alban iti, Böyük İsgəndər, Qafqaz, Atropat, Sofit}, abstract={Qafqaz Albaniyasının e.ə. IV əsr tarixinə dair məlumatların böyük qismi yunan və Roma müəlliflərinin əsərlərindəki coğrafi və tarixi qeydlərə əsaslanır. Bu mənbələrdən biri də Makedoniyalı İsgəndərin Hindistan yürüşü zamanı ona qeyri-adi ölçü və keyfiyyətlərə malik itlərin hədiyyə olunması hekayəsidir. Plini və Solin bu hədiyyənin Albaniya çarı tərəfindən təqdim edildiyini yazır, Strabon, Diodor, Kurtius və Yustin isə epizodun qəhrəmanı kimi Hind hökmdarı Sofiti göstərirlər. İlk baxışda ikinci dərəcəli detal kimi görünən bu məlumat tarixşünaslıqda mühüm problemlərin müzakirəsinə səbəb olmuşdur. Əsas suallar bunlardır: Alban itlərinin şöhrəti və İsgəndərin ekzotik məxluqlara marağı eyni səhnənin müxtəlif versiyalarının formalaşmasına gətirib çıxarmışdırmı? İsgəndərin yürüş marşrutu həqiqətən Qafqazdan keçmişdirmi? e.ə. IV əsrin 30-cu illərində alban tayfalarının liderləri “çar” tituluna sahib ola bilərdilərmi? Nəhayət, antik müəlliflərin, xüsusilə də Plininin müasirlərinin vurğuladığı kimi, hədiyyənin Hind çarı Sofit tərəfindən verilməsi faktı etibarlı tarixi sübutlarla təsdiqlənirmi? Məqalə bu sualları cavablandırmaq məqsədilə antik mənbələrin müqayisəli təhlilinə, eləcə də müasir tədqiqatların nəticələrinə əsaslanır.}, number={4}, publisher={Hakan YILMAZ}