@article{article_1792833, title={Aİ və Cənubi Qafqaz Dövlətlərinin Əməkdaşlığı: Avropa Təhlükəsizliyi Kontekstində}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={129–138}, year={2025}, author={Hajiyeva, Khatira}, keywords={Avropa İttifaqı, Təhlükəsizlik Siyasəti, Cənubi Qafqaz, Transmilli Təhlükələr, Terrorizm, Miqrasiya, Dezinformasiya}, abstract={Bu tədqiqatda Avropanın təhlükəsizlik siyasətinin formalaşma prosesi, onun müxtəlif mərhələlərdə inkişaf dinamikası və bu çərçivədə Cənubi Qafqazın rolu araşdırılır. Soyuq müharibədən sonrakı mərhələdə təhlükəsizlik anlayışı yalnız hərbi risklərlə məhdudlaşmamış, enerji təchizatı, iqtisadi sabitlik, kiberhücumlar, ekoloji çağırışlar və beynəlxalq terrorizm kimi yeni təhdidləri də əhatə etmişdir. Cənubi Qafqazda mövcud münaqişələr, transmilli terror şəbəkələrinin fəaliyyəti, narkotiklərin qanunsuz dövriyyəsi və kütləvi miqrasiya prosesləri Avropa İttifaqının təhlükəsizlik gündəliyinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Regiondakı qeyri-sabitlik Avropanın daxili təhlükəsizliyinə birbaşa təsir göstərmiş, separatizm və narkotik alveri beynəlxalq sabitlik üçün ciddi risklər yaratmışdır. Bununla yanaşı, informasiya müharibəsi və dezinformasiyanın artması müasir təhlükəsizlik çağırışları sırasında xüsusi əhəmiyyət kəsb etmişdir. Ümumilikdə, Cənubi Qafqazda sabitliyin təmin olunması Avropa İttifaqının təhlükəsizlik strategiyasında qlobal təhlükəsizliyin mühüm şərtlərindən biri kimi dəyərləndirilir.}, number={5}, publisher={Hakan YILMAZ}