@article{article_1796803, title={Ermənistanda və Azərbaycanda Eksklavların Yaranması Tarixinə Dair}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={176–185}, year={2025}, author={Ağasiyev, İkram}, keywords={Eksklav, Başkənd, Sofulu, Barxudarlı, Kərki, Yuxarı Əskipara}, abstract={Məqalə Ermənistandakı Azərbaycanın 4 eksklavının və Ermənistanın Azərbaycandakı 1 eksklavının yaranması tarixinə həsr olunmuşdur. Məlumdur ki, 2020-ci ilin payızında, 44 günlük müharibədə Ermənistan Azərbaycan tərəfindən məğlubiyyətə uğradıldı və Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi. Lakin Azərbaycana aid daha 8 kənd Ermənistanın işğalında qalmaqda davam edirdi.Bu kəndlərdən - Qazax rayonuna aid Bağanis Ayrım, Xeyrimli, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri ikitərəfli danışıqlar nəticəsində 2024-cü ilin aprel-may aylarında azad edildi və Azərbaycana qaytarıldı. Amma Azərbaycanın Ermənistanda 4 eksklavı – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndləri hələ də Azərbaycana qaytarılmamışdır.Ermənistanın iddiasına görə Azərbaycan ərazisində onun 1 eksklavı- Başkənd kəndi vardır. Beləliklə, eksklav məsələsi bu gün Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında və sərhədlərin müəyyən olunmasında bir problem olaraq qalmaqdadır.Bu məsələnin həlli ilə bağlı müxtəlif variantlar təklif olunur. Məqalədə müəllif adı çəkilən eksklavların yaranması tarixini arxiv sənədləri əsasında araşdırmışdır və bütün 5 kəndin tarixən Azərbaycana məxsus olduğunu göstərmiş, bu kəndlərin Sovetlər Birliyi dönəmində Azərbaycana qarşı aparılan ədalətsiz siyasət nəticəsində eksklava çevrilməsini dəlillərlə sübut etmiş və məsələnin həlli ilə bağlı ö təklifini vermişdir.}, number={5}, publisher={Hakan YILMAZ}