@article{article_1797615, title={Zəngəzurlu Xosrov Bəy Sultanov və Baba Məmmədovun Türkiyədə Mühacirət Həyatı və Fəaliyyəti (1920–1943)}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={209–225}, year={2025}, DOI={10.5281/zenodo.17697016}, author={Məhərrəmova, Solmaz}, keywords={Qarabağ, Azərbaycan Xalq Cümhuriyyəti, Mühacirət, Mübarizə, Türkiyə}, abstract={Məqalədə Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış Zəngəzur mahalının görkəmli övladları – Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) qurucularından biri Xosrov bəy Əli Paşa bəy oğlu Sultanov (1879–1943) və Cümhuriyyət Parlamentinin ilk millət vəkili Baba Məmmədovun (1887–1974) həyatı və fəaliyyəti araşdırılır. Əsərdə erməni daşnak dəstələrinin 1905–1906-cı illərdə və sonrakı dövrlərdə bölgədə törətdikləri qırğınlar, Xosrov bəy Sultanovun 1919-cu ildə Qarabağın general-qubernatoru təyin olunması və onun Zəngəzurla Qarabağda sabitliyin təmin edilməsindəki xidmətləri təhlil olunur. Bundan əlavə, hər iki şəxsiyyətin 1920-ci ildən sonra Türkiyədə mühacirət həyatı, “Qafqaz İntiqam Qartalları” adlı gizli təşkilatdakı fəaliyyəti, təşkilatın proqramı, bolşevik–daşnak rejiminə qarşı mübarizə, habelə təşkilatın iflası və üzvlərinin həbsi arxiv materialları və dövri mətbuat əsasında işıqlandırılır. Məqalə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin milli mübarizədə əvəzsiz rolunu və tarixi irsini göstərir.}, number={5}, publisher={Hakan YILMAZ}