@article{article_1800680, title={Birinci Dünya Müharibəsindən (1914–1918) Müasir Bilik Cəmiyyətinə: Texnoloji və İnformasiya Determinizminin Təkamülü}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={296–306}, year={2025}, DOI={10.5281/zenodo.17697247}, author={Mustafayev, Ayxan}, keywords={Texnoloji determinizm, Birinci Dünya Müharibəsi (1914–1918), Rəqəmsal transformasiya, Sosial manipulyasiya, Süni intellekt}, abstract={Bu tədqiqatda Birinci Dünya Müharibəsindən (1914–1918) müasir bilik cəmiyyətinə qədər texnoloji və informasiya determinizminin təkamülü araşdırılır. Müharibə dövründə texnologiya əsasən mərkəzləşdirilmiş təbliğat və hərbi üstünlük vasitəsi kimi istifadə olunurdu. Lakin müasir dövrdə texnologiya süni intellekt, böyük məlumat analitikası və sosial media platformaları vasitəsilə fərdi davranışların formalaşdırılması, ictimai rəyin idarə edilməsi və sosial, iqtisadi, siyasi proseslərin istiqamətləndirilməsində əsas amilə çevrilmişdir. Araşdırma göstərir ki, texnologiyanın cəmiyyətə təsiri mərkəzləşdirilmiş dövlət nəzarətindən fərdiləşdirilmiş sosial manipulyasiyaya keçərək, fərdlərin qərar qəbuletmə mexanizmlərinə və sosial münasibətlərinə dərin təsir göstərir. Bu proses texnologiyanın yalnız alət deyil, həm də cəmiyyətin struktur və dəyərlər sistemini formalaşdıran determinant qüvvə kimi rolunu gücləndirir və gələcəkdə bu təsirin daha da artacağı proqnozlaşdırılır.}, number={5}, publisher={Hakan YILMAZ}