@article{article_1810450, title={Yeniyetməlik Dövründə Nevrotik Pozuntuların Psixoterapevtik və Psixokorreksiya Üsulları}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={512–516}, year={2025}, DOI={10.5281/zenodo.17697690}, author={İgidova, Emiliya}, keywords={Yeniyetməlik Dövrü, Nevrotik Pozuntular, Psixoterapiya, Psixokorreksiya, Ailə Münasibətləri}, abstract={Yeniyetməlik dövrü insan həyatında intensiv psixoloji dəyişikliklərlə müşayiət olunan böhran mərhələsidir və bu mərhələdə nevrotik pozuntuların yaranması daha çox müşahidə olunur. Valideynlərin yanlış tərbiyə metodları, sosial təzyiqlər və emosional uyğunsuzluq bu problemləri dərinləşdirə bilər. Yeniyetmələrdə nevrotik pozuntular üçün tətbiq olunan psixoterapiya böyüklər üçün nəzərdə tutulan psixoterapiyadan fərqlənərək, diqqəti yayındırma, yönləndirmə və ailəvi dinamikanın bərpasına yönəlir. Bu yanaşma uşağın psixoloji müdafiə mexanizmlərini gücləndirməyi və sosial uyğunlaşmanı artırmağı hədəfləyir. Psixokorreksiya daha çox davranışın modifikasiyasına yönəldilən qısamüddətli müdaxilə forması kimi, psixoterapiya isə şəxsiyyətin dərin dəyişimini və emosional sabitliyin bərpasını təmin edən uzunmüddətli proses kimi dəyərləndirilir. Araşdırma göstərir ki, bu iki metodun inteqrasiyası yeniyetmələrin emosional tarazlığının və şəxsiyyət inkişafının təminində mühüm rol oynayır.}, number={5}, publisher={Hakan YILMAZ}