@article{article_1813977, title={1960-cı illərdə Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti tarixinin təhlili}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={718–726}, year={2025}, DOI={10.5281/zenodo.17698097}, author={Kerimli, Aynur}, keywords={Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusu, Bakı, Osmanlı ordusu, Mudros müqaviləsi}, abstract={Bu məqalədə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif aspektlərinin 1960-cı illərdə Türkiyə tarixşünaslığında tədqiqindən bəhs olunur. Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bu mövzu yarandığı dövrdən bu günədək Azərbaycan tarixçiləri ilə yanaşı, xarici ölkə tədqiqatçılarının, xüsusən də Türkiyə tarixçilərinin diqqət mərkəzində olmuşdur. Əvvəlki illərlə müqayisədə XX əsrin 60-cı illərində Azərbaycan Xalq Cümhuriyyəti tarixinin Türkiyə tarixçiləri tərəfindən araşdırılması əhəmiyyətli dərəcədə genişlənmişdi. Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti Qafqazda qurulan ilk türk dövləti kimi mühüm yer tutur. Bu respublika Türkiyə ilə Azərbaycan arasında əlaqələrin əsasını təşkil etmiş, iki ölkə arasında mədəni, siyasi və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Məqalədə Türkiyə tarixçiləri Tevfik Bıyıklıoğlu, Hüsamettin Tuğaç və Sabahattin Selek tərəfindən yazılmış əsərlərin tədqiqi əsas yer tutur.}, number={5}, publisher={Hakan YILMAZ}