@article{article_1825754, title={Qafqaz Arxeoqrafiya Komissiyasının Topladığı Aktlar Əsasında Qafqaz Canişinliyi Dövründə Qarabağ}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={12}, pages={1078–1097}, year={2025}, DOI={10.5281/zenodo.17700740}, author={Samirə, Rəhimova}, keywords={Qarabağ, Azərbaycan, Qafqaz canişinliyi, Rusiya imperiyası, Osmanlı, Bəhmən Mirzə}, abstract={Məqalədə Qarabağın Qafqaz canişinliyi dövründə siyasi, ictimai, iqtisadi vəziyyəti Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı Aktlarının 10, 11 və 12-ci cildləri əsasında tədqiq edilmişdir. Qarabağın bu dövr tarixi 3 mərhələdə - M. S.Vorontsovun (1844-1854), N. N. Muravyovun (1854-1856) və A. İ. Baryatinskinin (1856-1862) – ayrı-ayrı Qafqaz canişinlərinin idarəçilik dövrləri əsasında öyrənilmişdir. Tədqiqatın gedişində Qarabağda maafların, bəylərin, kəndlilərin vəziyyəti, vergi məsələləri, təhsil sahəsində atılan addımlar, Qarabağın təbii ehtiyatlarından istifadə, rusların Qarabağdakı məskunlaşdırma siyasəti, Qarabağ əyalətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, zəlzələ və vəba kimi fəlakətlərinin Qarabağda doğurduğu fəsadlar, Qacar şahzadəsi Bəhmən Mirzənin Qarabağa sığınması, Krım müharibəsi illərində Qarabağdakı vəziyyət, Qarabağın Rusiya imperiyasının qonşu dövlətlərlə ticarət əlaqələrində yeri və rolu barədə məlumatlar verilmişdir.}, number={5}, publisher={Hakan YILMAZ}