@article{article_299682, title={MİXAİL NUAYMNİN "ƏRQƏŞİN XATİRƏLƏRİ" ƏSƏRİNİN İDEYA XÜSUSİYYƏTLƏRİ}, journal={Akademik Tarih ve Düşünce Dergisi}, volume={2}, pages={165–176}, year={2015}, author={Ezizeliyeva, Besire}, keywords={Mixail Nuaymə, Ərqəşin xatirələri, ərəb, sufizm}, abstract={Məhşur ərəb yazıçısı Mixail Nuaymənin Ər­qə­şin xatirələri əsəri ideya-bədii xüsusiyyətləri, ədəbi-fəlsəfi fikirləri və ictimai xarakteri ilə ədibin yaradıcılığında özünəməxsus yer tutur. Povestdə sufizm fəlsəfi təlimi, xristianlıq dini, görkəmli rus yazıçısı L.N.Tolstoyun yaradıcılığı ilə səsləşən məqamlara təsadüf olunur. Mürəkkəb xarakteri və süjeti əsərin tədqiqatçılar tərəfindən Nuaymə yaradıcılığına məxsus orijinal və fərqli keyfiyyətlər baxımından dəyərləndirilməsinə səbəb olmuşdur. Geniş dünyagörüşü və zəngin qaynaqlara malik ərəb yazıçısının əsəri digər məşhur Mirdadın kitabı, Cibran Xəlil Cibran əsərləri ilə də ideya birliyinə malikdir. Əsərdə dünyanın faniliyi, ilahi eşq, fəqr məqamı, tənhalıq, tərkidünyalıq kimi ədəbi-fəlsəfi məsələlər Ərqaşın obrazı vasitəsilə ifadə olunmuşdur. Araşdırmada Ər­qə­şin xatirələri əsərində Mixail Nuaymənin təqdim etdiyi əsas fikirlər və əsərin ideya mənbələri öyrənilir.}, number={5}, publisher={Hakan YILMAZ}