Bu tədqiqat İslam hüququna əsaslanan sosial yardımın qədim zamanlardan hazırkı dövrəqədər olan təkamülünü araşdırır. Yarandığı dövrdən etibarən İslam təlimləri xeyriyyəçiliyin və ehtiyacı olanlara yardımın vacibliyini vurğulayır. İslamda sosial yardım anlayışı ədalət, mərhəmət və cəmiyyətin rifahı prinsiplərində dərin kök salmışdır. Tədqiqat İslam cəmiyyətlərində mövcud olan sosial yardımın tarixi inkişafını araşdırır, əldə olunan təcrübələri və zamanla baş verən dəyişiklikləri analiz edir. Araşdırmada İslam xilafətlərindən müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdəki müasir rifah sistemlərinə qədər, sosial ehtiyacların təmin olunmasında İslam prinsiplərinin tətbiqi ilə bağlı fikirlər öz əksini tapır. Araşdırma tarixi mətnləri, hüquqi mənbələri və müasir siyasətləri təhlil edərək sosial yardım proqramlarının formalaşdırılmasında İslami dəyərlərin davamlı aktuallığı və onların cəmiyyətin rifahına təsirini vurğulayır. Tədqiqatda Müsəlman dünyasında və ölkəmizdə sosial yardımın göstərilməsinin forma və üsulları, sosial yardımın subyekt və obyektləri və yardımın göstərilmə texnikası burada öz əksini tapır. İslam ənənələrinə əsaslanan yardımın insanların mənəvi tərəfinin təzahürü kimi göstərilməsi, vicdan və yardımsevərlik keyfiyyətləri ilə eyniləşdirilməsi mövzunun əsasını təşkil edir.
İslam hüququ ictimai yardım sədəqə (zəkat) vəqf xilafət şəriət ənənə
This study analyses the evolution of social assistance based on Islamic law from ancient times to the present day. Since its inception, Islamic teachings have emphasised the importance of charity and helping those in need. The understanding of social assistance in Islam is based on the principles of justice, compassion and the welfare of society. The study examines the historical development of social welfare in Islamic societies and analyses the experiences and changes that have occurred over time. From the Islamic caliphates to modern welfare systems in Muslim-majority countries, the study reflects ideas on the application of Islamic principles in meeting social needs. It analyses historical texts, legal sources and contemporary policies to highlight the continuing importance of Islamic values in shaping social assistance programmes and their impact on social welfare. It discusses the forms and methods of providing social assistance in the Islamic world and in Turkey, the subject and objectives of social assistance, and the techniques of providing assistance. At the heart of the subject is the presentation of the Islamic traditions of charity as a manifestation of the spiritual side of human beings and its identification with the qualities of conscience and benevolence.
Islamic law public assistance charity (zakat) foundation caliphate Sharia tradition
Birincil Dil | Türkçe |
---|---|
Konular | Türk Halkları ve Toplulukları |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 15 Aralık 2024 |
Yayımlanma Tarihi | |
Gönderilme Tarihi | 6 Kasım 2024 |
Kabul Tarihi | 9 Aralık 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 11 Sayı: 1 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала