Rəqəmsallaşma bir çox sahə kimi jurnalistikaya da təsir göstərir. Media, bəlkə də, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) ən çox təsir etdiyi sahələrdəndir. İKT-nin təqdim etdiyi imkanlar nəticəsində jurnalistikanın inkişafında yeni mərhələ başlanıb. Müxtəlif onlayn platformalar, o cümlədən sosial şəbəkələr jurnalistikaya bir çox cəhətdən təsir edir. Təsadüfi deyil ki, bəzi nəzəriyyəçilərin fikrincə, medianın mahiyyəti transformasiyaya uğrayır. Bu, özünü həm də janr və format dəyişikliklərində göstərir. Yeni medianın, o cümlədən onlayn medianın inkişafı jurnalistlər üçün yeni, tamam fərqli imkanlar təqdim edir. Elmi məqalədə məhz İKT-nin publisistikaya təsirini araşdırmağa çalışmışıq. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün internetdə publisistika aktuallaşıb. Tədqiqatda həm də yeni media mühitində publisistikanın aktuallaşması məsələsinə toxunmuşuq və bunun səbəblərini araşdırmağa çalışmışıq. Yeni media bir fenomen kimi publisistikanın sərhədlərini dəyişib. Məhz təqdim olunan imkanlar nəticəsində publisistikaya indi tamamilə fərqli tələblər verilir. Bu, əlbəttə, onlayn medianın özünün səciyyəvi xüsusiyyətləri ilə bağlıdır. Elmi məqalədə həm də bu məsələlərə toxunmağa çalışmışıq. Bu gün jurnalistikada və publisistikada müşahidə olunan yeni meyillərin bir çoxu bilavasitə İKT-nin imkanları ilə bağlıdır. Məhz intrnet medianın inkişafı “IV hakimiyyət”lə balı təsəvvürləri də dəyişir, jurnalistika ilə bağlı cəmiyyətdə yeni fikirlər oyadır.
Digitalisation affects journalism as it does many other fields. Perhaps one of the fields most affected by Information Communication Technologies (ICT) is the media. As a result of the opportunities offered by information and communication technologies, journalism has entered a new stage in its development. Various online platforms, including social networks, affect journalism in many ways. It is no coincidence that the essence of the media, according to some theorists, is being transformed. This is reflected in changes in genre and format. The development of new media, including online media, offers journalists new, completely different opportunities. In the scientific article, we tried to explore the impact of ICT on journalism. It is worth noting that journalism is gaining importance over the internet, especially today. In the study, the importance of journalism in the new media environment was also mentioned and the reasons for this were tried to be investigated. The new media phenomenon has changed the boundaries of journalism. Precisely as a result of the opportunities that have emerged, completely different demands are being placed on journalism. This is of course due to the unique characteristics of online media. Many of the new trends observed in journalism and public relations today are directly related to the possibilities of information and communication technologies. It is precisely with the development of Internet media that the perception of the ‘fourth estate’ is changing and new ideas about journalism are awakening in society.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Uluslararası ve Kalkınma İletişimi |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 15 Aralık 2024 |
Yayımlanma Tarihi | |
Gönderilme Tarihi | 7 Kasım 2024 |
Kabul Tarihi | 10 Aralık 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 11 Sayı: 1 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала