Məqalədə 150 ildən artıq tarixi bir yol keçən Türkiyə satirik mətbuatının 50-ci illərdən sonra yeni mərhələyə daxil olması və bu dövrdə nəşr edilən satirik dərgilərdə “Molla Nəsrəddin” ənənələrinin davam etdirilməsindən bəhs olunur. Azərbaycanın ilk satirik mətbuat orqanının Türkiyədə nəşr olunan çoxsaylı dərgilərin satirik üslubuna, ifadə tərzinə, mövzu və problematikasına təsiri məsələləri diqqət mərkəzində saxlanılır. 1950-ci illərdə satirik mətbuat Türkiyədə baş verən ictimai-siyasi hadisələrin önündə getmiş, müxtəlif partiyaların mövqeyindən çıxış etmiş, iqtidarla xalq arasında tənzimləyici rol oynamışdır. Bu dövrdə nəşr edilən “Karakedi”, “Tef”, “Dolmuş”, “Qırğır”, “Akbaba”,
“Temmuz” və başqa satirik dərgilər “Molla Nəsrəddin” jurnalının əsas strateji xəttini davam etdirmiş, xalqın istək və arzularının ifadəçisinə çevrilmişdir. Bu gün də fəaliyyətini davam etdirən “Leman”, “Penguen”, “Uykusuz” kimi dərgilər çağdaş Türkiyədə gedən prosesləri ardıcıl və sistemli şəkildə izləyir, çoxsaylı oxucuları ölkə həyatında hökm sürən real hadisələrdən xəbərdar edir və geniş ictimaiyyəti mövcud nöqsanların aradan qaldırılmasında fəal mübarizəyə səsləyir.
Türkiyə satirik mətbuatı “Molla Nəsrəddin” jurnalı “Akbaba” “Karakedi” “Uykusuz” dərgisi
Birincil Dil | Azerice |
---|---|
Konular | Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 27 Temmuz 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 1 |