Bu elmi tədqiqat işində diaspor nəzəriyyəsində dini fəlsəfənin yeri və rolunu araşdırılmış, diaspora ilə dinin konseptuallaşdırılmasının mümkünlüyü ilə bağlı müzakirələrə aydınlıq gətirilmişdir. Diasporun etnik-milli, sosial-mədəni reallıqlarla yanaşı, dini kimlik kontekstində öyrənilməsinin nəzəri-praktiki əhəmiyyəti üzə çıxarılmışdır. Azərbaycan kontekstində diaspora-din münasibətinin ortaq məxrəcə gəlməsi yoluna dair tövsiyə və təkliflər verilmişdir.
Məqalədə insan cəmiyyətində, millətlərin və xalqların tarixi vətənlərindən kənarda yaşaması və vahid icma halında məqsədyönlü fəaliyyəti anlayışının – diaspora termininin əmələ gəlməsinə başlıca səbəb dini fəaliyyət olduğu qənaətinə gəlinmişdir. Dinin tarix boyu miqrasiya, şəxsiyyət və diaspor icmalarının mədəniyyətləri ilə bağlı olduğu üzə çıxarılmışdır.
Gəldiyi nəticə ondan ibarətdir ki, din amilindən sui-istifadə edilməsinin, xurafat və dünyəvi inkişafa maneə yaratmasının qarşısının alınması çox vacibdir. Azərbaycan diasporunun da mənəvi-dini məsələlərə diqqət yetirməsi labüddür. “Tolerantlığın və mülki inteqrasiyanın milli konsepsiyası” planları hazırlanarkən bu elementlər diqqətdə saxlanılmasının vacibliyi göstərilmişdir.
diaspora din inanc atəşpərəstlik şamanizm buddizm şintoizm iudaizm xristianlıq islam məzhəb ideologiya tolerantlıq yəhudi diasporu Azərbaycan diasporu.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Genel Türk Tarihi (Diğer) |
Bölüm | Araştırma Makaleleri |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Aralık 2024 |
Gönderilme Tarihi | 19 Eylül 2024 |
Kabul Tarihi | 2 Aralık 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 3 Sayı: 2 |
Tarih ve Tarihçi, Creative Commons Atıf-GayriTicari 4.0 Uluslararası Lisansı (CC BY NC) ile lisanslanmıştır.