Cozef Hellerin “Qızıl Kimi Yaxşı” Romanının Mövzu və İdeya İstiqamətləri
Öz
Roman, hekayə, pyes və ssenarilərin müəllifi olan Amerika yazıçısı Cozef Heller (1923-1999) Amerika postmodernist ədəbiyyatının, eləcə də “qara yumor” ədəbi axınının görkəmli nümayəndələrindən biridir. Görkəmli yazıçının yaradıcılığında romanları xüsusi yer tutur. C.Heller 1960-1970-ci illərdə yazdığı “Catch-22” - “Maddə 22”, “Something Happened” - “Bir şey olub” və “Good as Gold” - “Qızıl kimi yaxşı” kimi romanları ilə postmodern ədəbiyyatın inkişafında mühüm və orijinal rol oynamaqla satirik meylin yayılmasında da böyük xidmətlər göstərmişdir. “Qızıl kimi yaxşı” romanı satirik səciyyəsi ilə XX əsr Amerika ədəbiyyatında, “Qara yumor” ədəbi axının daxil olan nəsr nümunələri arasında özünəməxsus yer tutur. Romanda C.Heller cəmiyyəti düşündürən müxtəlif məsələləri, ailə-məişət, sosial problemləri bədii müstəviyə gətirmişdi. Eyni zamanda, əsərin Vaşinqton xəttində siyasi elementlərə də təsadüf etmək mümkündür. Yazıçı ironiyadan geniş formada istifadə etmişdir. C.Heller romanda avtobioqrafik cəhətlərə də yer ayırmışdır. Roman multikultural xüsusiyyətləri ilə də diqqəti cəlb edir. Yəhudi obrazı Brüs Qoldun Vaşinqton siyasət dünyasına daxil olmaq arzusu, siyasi mövqeyi üçün hər şeyi qurban verməyə hazır olması, sona doğru isə mənəvi təkamülü satirik planda öz əksini tapmışdır. Antiqəhrəmanın karyera xətti uğur hekayəsi xəyalarına ziddiyyət yaratdıqca komik şərait formalaşdırır. Romanda iki əsas xətt öz əksini tapmışdır, yəhudi ailəsinin daxili problemləri və Vaşinqton siyasi həyatının absurdları. Komik realizmlə təsvir olunan ailə mühiti və siyasi karikatura ilə təqdim edilən siyasi səhnələr romanın “qara yumor” səciyyəsinə xidmət edir.
Anahtar Kelimeler
Kaynakça
- Əzizəliyeva, B. (2015). Mixail Nuaymənin “Ərqəşin Xatirələri” Əsərinin İdeya Xüsusiyyətləri. Akademik Tarih ve Düşünce Dergisi. Cilt:2, Sayı:5, Mayıs.
- Aldridge, J. W (1984). The Deceits of Black Humor // Nagel, James. Critical Essays on Joseph Heller. Boston: Hall, pp. 157 - 163.
- Contemporary Literary Criticism (1986). Volume 36 / Editor: Marowsky. Detroit, Michigan: Gale Research Company.
- DeMott, B. (1984). Heller's Gold and Silver Sax // Nagel, James. Critical Essays on Joseph Heller. Boston: Hall, pp.172-175.
- Friedman, M. J. (1984). Something Jewish Happened: Some Thoughts About Joseph Heller's Good as Gold // Nagel, James. Critical Essays on Joseph Heller. Boston: Hall, pp. 197 - 204.
- Harris, C. (1971). Contemporary American Novelists of the Absurd. New Haven, Connections: College and Univ. Press.
- Heller, J. (1979). Good as Gold. New York: Simon and Schuster.
- Michaels, L. (1984). Bruce Gold's American Experience // Nagel, James. Critical Essays on Joseph Heller. Boston: Hall. pp.167-172.
Ayrıntılar
Birincil Dil
Azerbaycan dili
Konular
Kuzey Amerika Dilleri, Edebiyatları ve Kültürleri
Bölüm
Araştırma Makalesi
Yazarlar
Latifa Ahmadova
*
Azerbaijan
Yayımlanma Tarihi
13 Temmuz 2026
Gönderilme Tarihi
2 Ocak 2026
Kabul Tarihi
16 Nisan 2026
Yayımlandığı Sayı
Yıl 2026 Sayı: 1