Klassik ədəbiyyatın əsas janrlarından biri də qəzəldir. Bu janr özünəməxsus təkamül prose-sindən keçmiş və klassik şairlər yazdıqları müxtəlif məzmunlu əsərləri ilə onun fərqli növlərini yaratmışlar. Qəzəlin bir janr kimi inkişafı haqqında tədqiqatlarda müxtəlif fikirlər var. Ərəb ədəbiyyatında qadından və qadına olan məhəbbətdən bəhs edən lirik əsərlər qəzəl, nəsib, təşbib kimi qələmə verilirdi. Əməvilər dövründə qəzəl əsas iki qola – üzri və hadari qəzələ ayrılırdı. Hər iki qəzəl növü Abbasilər dövründə poeziyadan tamamilə yox olmadı və yeni dövr şairlərinin yaradıcılığında özünü fərqli şəkillərdə göstərdi. Belə ki, dövrün ruhuna kef, eyş-işrət, sevgi macəralarından bəhs edən hadari qə-
zəl daha çox uyğun olsa da, saf məhəbbəti tərənnüm edən şeir nümunələrinə də rast gəlinirdi. Məqalədə Abbasilər dövrünün bu məzmunda əsər yazan şairlərindən olan əl-Abbas bin əl-Əhnəfin yaradıcılığından bəhs edilmişdir.
əl-Abbas bin əl-Əhnəf üzri qəzəl afif qəzəl hadari qəzəl təşbib
Birincil Dil | Azerice |
---|---|
Konular | Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 27 Temmuz 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 1 |