Research Article

XIX ƏSR AZƏRBAYCAN MƏSNƏVİ YARADICILIĞINDA QASIM BƏY ZAKİR TƏMSİLLƏRİNİN MÖVQEYİ

Volume: 1 Number: 2 November 15, 2021
  • Efsane İsmayılova *
TR AZ

XIX ƏSR AZƏRBAYCAN MƏSNƏVİ YARADICILIĞINDA QASIM BƏY ZAKİR TƏMSİLLƏRİNİN MÖVQEYİ

Öz

Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatında təşəkkül tapmış realist-alleqorik üslubun yaranması, qaynaqları və inkişaf xüsusiyyətləri haqqında məlumat verilir. Burada alleqorik məsnəvi yaradıcılığında təmsillərin özünəməxsus mövqeyindən bəhs olunur. Satirik istiqamətin banilərindən biri, Qarabağın görkəmli şairlərindən olan Qasım bəy Zakirin hələlik elm aləminə bəlli olan 6 məsnəvi-təmsili müqayisəli şəkildə təhlilə cəlb olunmuşdur. XIX əsrin siyasi şəraiti Zakirin təmsillərində az və ya çox dərəcədə “ezopvari” üslubla işıqlandırılmışdır. Şairin məsnəviləri öz təbii və emosinal çalarlarına, mental dəyərlərin təbliğinə görə diqqəti cəlb edir. Folklordan yaradıcı şəkildə bəhrələnmək Zakir yaradıcılığına xas olan başlıca xüsusiyyətlərdəndir. Şair adət-ənənələrimizi özündə təcəssüm etdirən, əsrlərdən qorunub gələn atalar sözü və məsəllərə müraciət edərək məsnəvilərini daha da oxunaqlı etmişdir. Tədqiqat zamanı aydın olur ki, Zakirin alleqorik şeirləri öz humanist və bəşəri keyfiyyətləri, ibrətamiz səciyyəsi ilə bədii-estetik əhəmiyyətini itirməmiş, bu gün də aktual səciyyə daşıyaraq, öz müasirliyini saxlamaqdadır.

Anahtar Kelimeler

References

  1. ADİLOV, Musa (1982). Niyə belə deyirik. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı
  2. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, IV cild. Bakı: Elm, 2011, 838 s.
  3. Azərbaycan folkloru antologiyası (2009). XVIII kitab, III cild (Şəki folkloru). (tərtib edən: H.Əbdülhəlimov.). Bakı: Nurlan,
  4. ƏLİYEVA, Sevinc (2017). Təmsil və nağıllarda müştərək motivlər. /Folklor və yazılı ədəbiyyat. II kitab. Elmi red: M.Kazımoğlu, Bakı: Elm və təhsil ƏSGƏRLİ, Füzuli (2009). Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı. Bakı: ADPU
  5. Kəlilə və Dimnə (farscadan tərcümə edəni, şərhlərin və izahların müəllifi Rəhim Sultanov) (2004). Bakı: Öndər-Nəşriyyat,
  6. KRILOV, İvan (2006). Təmsillər (tərtib edən: T.İbrahimova). Bakı: Şərq-Qərb
  7. QARABAĞİ (Yüzbaşov) MirHəmzə (2000). Seçilmiş əsərləri (Tərtib edən: N.Qarayev). Bakı: Şuşa
  8. QASIMZADƏ, Feyzulla (1974). XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif

Details

Primary Language

Azerbaijani

Subjects

-

Journal Section

Research Article

Authors

Efsane İsmayılova * This is me
Azerbaijan

Publication Date

November 15, 2021

Submission Date

November 15, 2021

Acceptance Date

-

Published in Issue

Year 2021 Volume: 1 Number: 2

APA
İsmayılova, E. (2021). XIX ƏSR AZƏRBAYCAN MƏSNƏVİ YARADICILIĞINDA QASIM BƏY ZAKİR TƏMSİLLƏRİNİN MÖVQEYİ. Orta Doğu Ve Orta Asya-Kafkaslar Araştırma Ve Uygulama Merkezi Dergisi, 1(2). https://izlik.org/JA46YE62ZY