Dini Musiqi Və Bəstəkar Yaradıcılığının Qarşılıqlı Təsirinin Tədqiqi Məsələləri
Abstract
Musiqişünaslıqda “Dini musiqi və bəstəkar yaradıcılığı” məsələsinin öyrənilməsi
mühüm əhəmiyyətə malikdir. Dini musiqinin və bəstəkar yaradıcılığının qarşılıqlı təsiri
nəticəsində dünya musiqisində bir sıra əbədi mövzular meydana gəlmiş və janrlar
formalaşmışdır. Bu baxımdan, İlahi məhəbbətin, insanlığın, saf mənəviyyatın, ümumbəşəri
kədər və hüzn hisslərinin ifadəsi kimi rekviyem, passion və s. kimi dini musiqi janrlarından
istifadə olunmasını qeyd etməliyik. Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdə
yaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, “Ave maria”) və janrlardan
(rekviyem, passion, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədim
dinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (dərvişlik, sufilik, mövlanəlik), İslam
dininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə
olunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır. Dini
musiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə - musiqiliteatr,
vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünü
müxtəllif cəhətlərdən göstərir.
Keywords
References
- Hacıbəyli, Ü. (1985), Azərbaycan musiqi həyatına bir nəzər. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”. s.184-194. Hacıbəyli, Ü. (1985), Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”. s.165-169. Seyidova, S.A. (1999), Üzeyir Hacıbəyov və dini musiqi. // “Musiqi dünyası” jurnalı, Bakı, N 1. Babayeva, Ə. (2015), Muğam və İslam dini mərasim sisteminin terminoloji əlaqələri. “Muğam aləmi” Beynəlxalq Muğam Simpoziumunun materialları. Bakı, 2015. www.mugam.az/files/pdf/
Details
Primary Language
Turkish
Subjects
-
Journal Section
Research Article
Authors
Rövşanə Kərimova
*
This is me
Publication Date
September 15, 2015
Submission Date
May 4, 2015
Acceptance Date
-
Published in Issue
Year 2015 Volume: 3 Number: 2