XX Əsrdə Muğamın Ənənəvi Tədrisində Proqramların Əhəmiyyəti
Abstract
Bütün dövrlərdə yaranmış muğam cədvəlləri və proqramlar muğam irsini öyrənmək,
muğamın inkişaf prosesini izləmək və müqayisəli surətdə öyrənmək üçün çox dəyərli bir
mənbələrdir. XX əsrdə ustad sənətkarların - görkəmli tarzənlər Mirzə Fərəc Rzayevin, Əhməd
Bakıxanovun, Kamil Əhmədovun və başqalarının muğam tədrisi üzrə proqramları meydana
gəlmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin muğamların
sistemləşdirilməsi əsasında yaratdığı proqram tədris prosesində əsas mənbəyə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərindən irəli gələrək, muğam
üzrə tədris proqramlarının sayı çox artmışdır, solo oxuma və instrumental ifaçılıq (hər bir alət
üçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir. Muğam ustadları və pedaqoqlar
tərəfindən yazılmış müxtəlif illərə aid tədris proqramlarının müqayisəsi şifahi ənənələr əsasında
nəsildən-nəslə ötürülən muğam tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şərait
yaradır.
Keywords
References
- 1. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969. 246s. 2. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991. 219 s. 3. Hacıbəyov Ü.Ə. Əsərləri. II cild. (Cildin redaktoru M.İbrahimov; tərtibat, kommentariya və lüğət Q.Qasımovundur). B.: Azərb.EA nəşri, 1965. 412s. 4. Rəhmətov Ə. Əhməd Bakıxanov. B.:, İşıq, 1977. 220s. 5. Musazadə R. «Dügah» dəstgahının tarixi mənşəyi və ifa xüsusiyyətləri. Sənətşünaslıq namuzədi dissertasiyasının avtoreferatı. Bakı, 2006. 27s.; Musazadə R. Qədim muğamlar. Magistr pilləsi üzrə “İnstrumental muğam ifaçılığı” fənni üçün dərslik. B.: 2013. 125 s. 6. Rzayeva-Bağırova R. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: 1986. 7. Hacıbəyli Ü.Ə. Azərbaycan türklərinin musiqisi haqqında. (Təqdim edəni, ön söz və lüğətin müəllifi F.Əliyeva). B.: Adiloğlu, 2005. 74 s. 8. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. Yenidən işlənilmiş və tamamlanmış nəşr. B.: İşıq, 1984. 100s.
Details
Primary Language
Turkish
Subjects
-
Journal Section
Research Article
Authors
Nərgiz Qulamova
*
This is me
Publication Date
August 15, 2016
Submission Date
June 10, 2016
Acceptance Date
-
Published in Issue
Year 2016 Volume: 4 Number: 2