Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
Abstract
Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də rəqslərdir. Mədəniyyət incilərimizdən sayılan rəqs sənəti qədim dövrlərdən zəmanəmizə kimi yaşayaraq xalqımızın adət-ənənəsini, insanların ictimai həyat tərzini, məişətini, estetik zövqünü özündə əks etdirmişdir. rəqslərin hər birinə onların özünəməxsus musiqi dilinə, intonasiyasına, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. Bu sahədə çalışan görkəmli musiqişünaslarımızdan Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin, Əhməd İsazadənin və başqalarının elmi əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı məsələlərinə də toxunulmuşdur. Aparılan araşdırmada rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da nəzərə alınmış, onların oxşar və fərqli cəhətləri müqayisəli şəkildə təhlil edilərək yeni səpgidə təşkil edilmişdir.
Keywords
References
- 1. Həsənov K.N. Qədim Azərbaycan xalq rəqsləri. Bakı, İşıq, 1983, 59 s. 2. Hüseynli B.X. Azərbaycan xalq rəqs musiqisinin klassifikasiyası. Azərbaycan İncəsənəti məcmuəsi. XIIc. (Azərb. EA-nın nəşri) Bakı, 1968, 67 s. 3. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. Bakı, İşıq, 1960, 44 s. 4. Гусейнли Б.Х., Керимова Т.М. Али Керимов. М., СК., 1984, 48 с.
Details
Primary Language
Turkish
Subjects
-
Journal Section
Research Article
Authors
Rauf Bəhmənli
*
This is me
0000-0002-9112-8768
Publication Date
December 15, 2017
Submission Date
October 1, 2017
Acceptance Date
-
Published in Issue
Year 2017 Volume: 5 Number: 3