Musiqişünaslıqda “Dini musiqi və bəstəkar yaradıcılığı” məsələsinin öyrənilməsi
mühüm əhəmiyyətə malikdir. Dini musiqinin və bəstəkar yaradıcılığının qarşılıqlı təsiri
nəticəsində dünya musiqisində bir sıra əbədi mövzular meydana gəlmiş və janrlar
formalaşmışdır. Bu baxımdan, İlahi məhəbbətin, insanlığın, saf mənəviyyatın, ümumbəşəri
kədər və hüzn hisslərinin ifadəsi kimi rekviyem, passion və s. kimi dini musiqi janrlarından
istifadə olunmasını qeyd etməliyik. Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdə
yaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, “Ave maria”) və janrlardan
(rekviyem, passion, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədim
dinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (dərvişlik, sufilik, mövlanəlik), İslam
dininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə
olunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır. Dini
musiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə - musiqiliteatr,
vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünü
müxtəllif cəhətlərdən göstərir.
Primary Language | Turkish |
---|---|
Journal Section | Review article |
Authors | |
Publication Date | September 15, 2015 |
Published in Issue | Year 2015 Volume: 3 Issue: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.