Xanəndəlik sənəti qədim ustad ənənələrinə əsaslanan bir sənətdir. Xanəndələr
ustadlarından muğamın sirlərini öyrənərək, ənənələrini davam və inkişaf etdirirlər və
özünəməxsus xüsusiyyətlərlə zənginləşdirirlər. Xanəndələr - klassik ənənələrə əsaslanan muğam
ifaçısı olub, musiqi mədəniyyətini öz yaradıcılıq - ifaçılıq fəaliyyəti ilə zənginləşdirmişdir.
Xanəndələrin sazanda dəstələrinin müşayiətilə ifa edərək yaratdıqları muğamlar nadir sənət
nümunələri kimi milli musiqi xəzinəsinə daxil olmuşdur. Eyni zamanda, xanəndələr – öz
biliklərini və ənənələrini gələcək nəsillərə ötürən ustad, müəllimdir, Azərbaycan bəstəkarlarının
operalarında və vokal-instrumental əsərlərində əsas partiyalarda çıxış edən konsert və opera
ifaçısıdır. Xanəndə kadrlarının hazırlanması, konsertlərdə və muğam operalarında çıxış edən
xanəndələrin yetişməsində Azərbaycanın ustad xanəndələrinin əməyi qeyd olunmalıdır.
Primary Language | Turkish |
---|---|
Journal Section | Review article |
Authors | |
Publication Date | August 15, 2016 |
Published in Issue | Year 2016 Volume: 4 Issue: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.