Bütün dövrlərdə yaranmış muğam cədvəlləri və proqramlar muğam irsini öyrənmək,
muğamın inkişaf prosesini izləmək və müqayisəli surətdə öyrənmək üçün çox dəyərli bir
mənbələrdir. XX əsrdə ustad sənətkarların - görkəmli tarzənlər Mirzə Fərəc Rzayevin, Əhməd
Bakıxanovun, Kamil Əhmədovun və başqalarının muğam tədrisi üzrə proqramları meydana
gəlmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin muğamların
sistemləşdirilməsi əsasında yaratdığı proqram tədris prosesində əsas mənbəyə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərindən irəli gələrək, muğam
üzrə tədris proqramlarının sayı çox artmışdır, solo oxuma və instrumental ifaçılıq (hər bir alət
üçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir. Muğam ustadları və pedaqoqlar
tərəfindən yazılmış müxtəlif illərə aid tədris proqramlarının müqayisəsi şifahi ənənələr əsasında
nəsildən-nəslə ötürülən muğam tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şərait
yaradır.
Primary Language | Turkish |
---|---|
Journal Section | Review article |
Authors | |
Publication Date | August 15, 2016 |
Published in Issue | Year 2016 Volume: 4 Issue: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.