İbtidai təfəkkürün ifadə forması kimi mövcud olan
xeyir və şər anlayışı mifoloji düşüncəni formalaşdıran əsas ünsürlərdən biri
olmuşdur. Bütün arxaik m ifologiyalarda müxtəlif adlarla tanınan bu mifoloji
varlıqlar daha çox esxotoloji xarakter daşıyır.
İstər Şərq istərsə də Avropa mifoloji təsəvvüründə dünyanın düzənini təhdid
etməklə yanaşı insana da ziyan verən bu varlığın adı zamanla ümumilərək qəlib mətnlər
formalaşdırmışdır. Daha sonra isə b u qəlib mətnlər dini kitablara da
yansımışdır. Qərbdə Demon, Dyavol, Şərqdə İblis, Şeytan adı ilə tanınan bu
varlıq orta əsrlərdən etibarən bədii mətnlərin də mövzusuna çevrilir. Azərbaycan ədəbiyyatınada Nizami, Fizuli, Nəsimi
kimi görkəmli şairlərin sufi-mistik dünya görüşündə şərin təmsilçisi kimi
ehtiva edilən iblis bəzən div kimi də təqdim olunur.
XX əsrdən romantizm ədəbiyyatında İblis obrazı H.
Cavid yaradıcılığında xüsusi yer alır. İblisin demonizmini insan ruhu ilə
müqayisə edən şair “İblis” dramında İblisi müharibənin səbəbkarı kimi dəyərləndirir.
Müharibələri isə nəfs və təkəbbürün nəticəsi kimi insanın ruhunu şeytana
satması ilə əlaqələndirir.
Primary Language | Turkish |
---|---|
Subjects | Creative Arts and Writing |
Journal Section | Research Article |
Authors | |
Publication Date | December 25, 2019 |
Submission Date | November 25, 2019 |
Published in Issue | Year 2019 Issue: 14 |