Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də rəqslərdir. Mədəniyyət incilərimizdən sayılan rəqs sənəti qədim dövrlərdən zəmanəmizə kimi yaşayaraq xalqımızın adət-ənənəsini, insanların ictimai həyat tərzini, məişətini, estetik zövqünü özündə əks etdirmişdir. rəqslərin hər birinə onların özünəməxsus musiqi dilinə, intonasiyasına, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. Bu sahədə çalışan görkəmli musiqişünaslarımızdan Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin, Əhməd İsazadənin və başqalarının elmi əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı məsələlərinə də toxunulmuşdur. Aparılan araşdırmada rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da nəzərə alınmış, onların oxşar və fərqli cəhətləri müqayisəli şəkildə təhlil edilərək yeni səpgidə təşkil edilmişdir.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | İnceleme |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Aralık 2017 |
Yayımlandığı Sayı | Yıl 2017 Cilt: 5 Sayı: 3 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.