Abstract
Məqalədə Azərbaycan satirik mətbuatının öncülü olan “Molla Nəsrəddin “ jurnalında və Türkiyə satirik mətbuatında işlənən folklor örnəklərindən bəhs olunur. Hər bir xalqın folkloru onun qəhrəmanlıq salnaməsini, milli – mənəvi dəyərlərini ,həyat və məişətini, psixologiyasını,düşüncə tərzini və etnoqrafiyasını özündə əks etdirir.Azərbaycan ədəbiyyatın-da şifahi xalq ədəbiyyatı, folklor,el ədəbiyyatı,ağız ədəbiyyatı kimi terminlərlə ifadə olunan bu zəngin söz xəzinəsi Türkiyədə “ağız ədəbiyyatı “, “sözlü ədəbiyyat”, “folklor”, “anonim ədəbiyyat”, “xalq ədəbiyyatı”, “halkbilgisi”, “halkiyat”, “halkbilim” və başqa istilahlarla ad-landırılır.Azərbaycan folkloru ilə tam uyarlıq yaradan Türk folkloru Şərq aləmində öz zənginliyi və çoxşaxəliliyi ilə diqqəti cəlb edir.Türkdilli xalqlar üçün ortaq olan, lirik, epik və dramatik növdə qruplaşdırılan manilər,türkülər, bilməcələr, ninnilər, alkışlar, karğışlar, ata sözləri, deyimlər, təkərləmələr, əfsanələr, halk hekayələri, dastanlar, xalq teatrları və s. Türkiyə ağız ədəbiyyatının da aparıcı janrları kimi status qazanmışdır. Şərq xalqlarının folklorunda geniş yer tutan masallar yazılı ədəbiyyata da ciddi təsir gös-tərmiş,Türkiyə satirik mətbuatı və ədəbiyyatının görkəmli nümayəndələri İ.Şinasi, H.Rehmi, A.Nesin, Ö. Seyfeddin və başqaları öz yaradıcılıqlarında masallardan geniş istifadə etmişlər. Azərbaycan satirik mətbuatının zirvəsində dayanan, Cəlil Məmmədquluzadənin redaktor-luğu ilə nəşr edilən “Molla Nəsrəddin” jurnalı (1906-1931) 25 illik fəaliyyəti dövründə masallardan (nağıllardan) yaradıcılıqla bəhrələnmiş, dövrün ictimai-siyasi, sosial, ədəbi-mədəni problemləri nağıl-təhkiyə üslubunda oxuculara çatdırılmışdır.