Məqalədə Qarabağın Alban-Qıpçaq tarixinə qısaca nəzər salınır. Məlum olduğu kimi Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi və qədim türk yurdudur. Bu yurdun tarixində orta əsrlərdə ən fəal türk tayfalarından olan qıpçaqlar dərin iz buraxıblar. Bu izlərə istər bölgədə qorunub saxlanılan tarixi abidələrdə, istər tədqiq etdiyimiz dövrün tarixinə dair müxtəlif dilli mənbələrdə, istər yer-yurd adlarında, istərsə də xalqın yaddaşında rast gəlinir. Qarabağda bu gün qəsdən dolaşıq vəziyyətə salınan alban tarixi qıpçaq tayfalarının Azərbaycanın bu qədim torpağındakı tarixi ilə paralel şəkildə tədqiq olunarsa bütün suallara asanlıqla cavab tapmaq olar. Alban-Xaçın knyazlığının bugünkü Gürcüstan hüdudlarında tarixən yaşamış olan qıpçaqlarla qohumluq əlaqələri, Qarabağdakı alban kilsələrinin kitabələrində qorunub saxlanılan şəxs adları, Azərbaycan Səfəvilər dövləti dövründə otuzuikilər adlanan tayfa birliyinin tərkibindəki qıpçaq mənşəli 8 oymağı, alban məliklərinin 1723-cü ildə Rusiya imperatoru I Pyotra məktubunda öz əksini tapan alban türkü ifadəsi və başqa bu kimi faktların ümumi şəkildə tədqiq olunması Qarabağda alban-qıpçaq tarixinə şahidlik edir.
The article briefly examines the Albanian-Kipchak history of Karabakh. As we know, Karabakh is an integral part of Azerbaijan and an ancient turkic land. The Kipchaks, one of the most active Turkic tribes in the Middle Ages, left a deep mark on the history of this region. These traces are found both in historical monuments preserved in the region, and in multilingual sources on the history of the period, which we are studying, both in the names of localities and in people's memory. If you study the Albanian history (which is deliberately confused today in Karabakh) in parallel with the history of the Kipchak tribes in this ancient land of Azerbaijan, you can easily find answers to all questions. A general study of the kinship relations of the Albanian-Khachin Principality with the Kipchaks, who historically lived within the borders of modern Georgia, the names of persons preserved in the inscriptions of Albanian churches in Karabakh, 8 tribes of Kipchak origin as part of the tribal union called "Otuzikiler" during the Azerbaijani Safavid state, the expression Albanian Turks, reflected in the letter of the Albanian melikdoms to the Russian Emperor Peter I in 1723, and other similar facts testify to the Albanian-Kipchak history in Karabakh.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 30 Aralık 2020 |
Yayımlandığı Sayı | Yıl 2020 Cilt: 7 Sayı: 4 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала