Məqalə Azərbaycanın əsas kitabxanası olan M. F. Axundov adına Azərbaycan Milli Kitabxananın 100 illik yubileyinə həsr edilmişdir. Bu məqalədə əsasən yeni dövrün tələb və çağrışlarına cavab vermək üçün Kitabxanada baş vermiş köklü dəyişikləklətfən, bu dəyişikliklərin Kitabxanada yerinə yetirilən proseslərə, istifadəçilərə göstərilən xidmətə müsbət təsirindən bəhs edilir. Burada ilk növbədə diqqət hələ keçən əsrin son onilliyində başlanan, lakin müxtəlif təşkilati, maliyyə səbəblərindən yarıda qalmış texniki yenidənqurmanın hazırlıq mərhələsinə yönəldilmiş, bu istiqamətdə fəaliyyətin ayrı-ayrı məqamları izah edlmişdir. Bu zaman qeyd edilir ki, Kitabxanafa nəzərdə tutulan yenidənqurma və texiniki təchizat, müasir texnologiyaların tətbiqinin hazırlıq mərhələsi ilk növbədə bir sıra xarici ölkələrin nümayəndəliklərinin, beynəlxalq təşkilatların yardımı əsasınada mümkün olmuşdu. Daha sonra diqqət dünya miqyasında hələ keçən əsrdən geniş tətbiq edilmiş innnovasiyaların-əmək proseslərinin kompleks avtomatlşdırılmasının, yeni texnologiyaların və iş metodlarının Milli Kitabxanada tətbiqinin başlanmasına və gedişatına yönəldilmişdir və göstərilmişdir ki, bu istiqamətlərdə tədbirlərin həyata keçirilməsi Kitabxananın fəaliyyətinin səmərəliyinin artırılmasına, göstərilən xidmətin keyfiyyətinin və həcminin əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan vermişdir. Məqalədə Milli Kitabxananın beynəlxalq əlaqələrinə də ayrıca diqqət verilmişdir. Məqalənin sonunda istifadə edilən ədəbiyyatın biblioqrafik siyahısı verilmişdir.
Azərbaycan Respublikası Milli Kitabxana dövlət kitabxanası Elmlər Akademiyası texniki yenidənqurma Avrasiya Fondu Açıq Cəmiyyət İnstitutu İRTCL USAİD təşkilatı VTLS korporasiyası VİRTUA proqram kompleksi biblioqrafik resurs proqram təminatı yeni texnologiya avtomatlaşdırma elektron resurs sənəd tolplusu elektron kataloq
Birincil Dil | Türkçe |
---|---|
Konular | Türk Halkları ve Toplulukları |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 28 Kasım 2023 |
Yayımlanma Tarihi | 12 Ocak 2024 |
Gönderilme Tarihi | 14 Ekim 2023 |
Kabul Tarihi | 15 Ekim 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Cilt: 10 Sayı: 2 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала