Məqalədə tematik kanalların bir növü olan idman televiziyalarının özəllikləri araşdırılıb. 20-ci əsrdə bir sahə kimi formalaşan idman televiziyaları idmanla bağlı yenilikləri daha geniş auditoriyaya çatdırır, izləyicilərə operativ informasiya ötürür. Tamaşaçıya fərdiləşdirilmiş məzmun təqdim edən idman kanallarının media və ictimaiyyət üzərində təsiri danılmazdır. Bu gün dünyanın müxtəlif ölkələrində fərqli-fərqli telekanallar izləyicilərə idmanla bağlı kontent təklif edir. İdman yayımının əyləncə ötürməsi ilə yanaşı izləyicidə sosial təsir yaratması, davranışı yönəltməsi araşdırmalarla sübut edilib. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, idman proqramları həm milli, həm də qlobal kimliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Məqalədə beynəlxalq və yerli idman televiziyalarının statistikası çıxarılıb, hər birinin özünəməxsus və oxşar tərəfləri təhlilə cəlb olunaraq ümumiləşdirmələr aparılıb. Tədqiqatın nəticələrinə görə, idman kanalları auditoriyanın idman təcrübəsinə olan yanaşmasına təsir göstərir. Canlı yayım, interaktiv platformalar və real vaxtda şərh kimi imkanlarla idman daha interaktiv hala gətirilir. Bu da onları eksklüziv yayım hüquqları və sponsorlar, liqalar və reklamçılar üçün böyük gəlir mənbəyinə çevirir. Məqalədə idman kanallarının idmanın qlobal fenomenə çevrilməsinə, idman oyunlarının qaydalarına təsiri, sosial və əyləncə funksiyaları, idman xəbərlərinin auditoriya ilə əlaqələri, izləyicilərin idman xəbərlərinə marağı, araşdırmaya cəlb edilib.
İdman Kanalı İzləyici Auditoriya Multiplatform Yayım İnteraktiv Ünsiyyət
In this article, the characteristics of sports television, one of the thematic channel types, are analysed. Emerging in the 20th century, sports television provides up-to-date information to viewers by delivering news about sports to a wider audience. The impact of sports channels that offer personalised content to the audience on the media and public opinion is undeniable. Today, different television channels in different countries of the world offer sports content to their viewers. Research has shown that sports broadcasting, in addition to providing entertainment, has a social impact on viewers and directs their behaviour. Research in this field shows that sports programmes play an important role in shaping both national and global identity. In this article, statistics from international and local sports television channels are analysed and generalisations are made by examining the unique and similar aspects of each channel. According to the results of the study, sports channels influence viewers' approach to the sports experience. Sport is becoming more interactive with opportunities such as live streaming, interactive platforms and real-time commentary. This makes them a source of exclusive broadcasting rights and a major source of revenue for sponsors, leagues and advertisers. This article analyses the impact of sports channels on the transformation of sport into a global phenomenon, the rules, social and entertainment functions of sports events, the relationship of sports news with the audience and the audience's interest in sports news.
Sports Channel Audience Audience Multiplatform Broadcasting Interactive Communication
Birincil Dil | Türkçe |
---|---|
Konular | İletişim ve Medya Çalışmaları (Diğer) |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 15 Aralık 2024 |
Yayımlanma Tarihi | |
Gönderilme Tarihi | 5 Kasım 2024 |
Kabul Tarihi | 9 Aralık 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 11 Sayı: 1 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала