Teorik Makale

Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları

Cilt: 2 Sayı: 1 15 Ekim 2025
PDF İndir
TR EN AZ

Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları

Öz

Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar dövründə mərkəzi hakimiyyət qurula bilinməmiş və XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən işğal edilmişdir. Türkmənçay sülh müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda siyasi motivli şeirlər Qasım bəy Zakir kimi şairlərin yaradıcılığından başlayaraq ortaya çıxmağa başlamışdır. Bir əsrə yaxın müstəmləkə altında olan Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin yaratdıqları Cümhuriyyətin ömrü isə, təəssüf ki, uzun olmamışdır. Lakin 1918-1920-ci illərdə Azərbaycan milli siyasi şeiri formalaşmış, Əhməd Cavad başda olmaqla müstəqilliyi vəsf edən, üçrəngli bayrağı alqışlayan şairlərin yaradıcılıq nümunələrində antikolonial məzmun yer almışdır. Bayraq metaforu azadlığın rəmzi, şimal məcazı isə müstəmləkənin simvolu kimi verilmişdir. Azərbaycan ikinci dəfə bolşevik ruslar tərəfindən işğal edilib müstəmləkəyə çevrildikdən sonra isə bu metaforlar zamanla öz mahiyyətini dəyişmişdir. Süleyman Rüstəm başda olmaqla, kommunist şairlərin yaradıcılığında SSRİ bayrağını və ya sovetin məcazlar sistemində xüsusi yeri olan qırmızını ifadə edən al bayraq mədh edilmiş, üçrəngli bayrağı ananlar ya güllələnmiş, ya da sürgün edilmişdir. Eyni zamanda şimal metaforuna da poeziyanın münasibəti dəyişmişdir. Belə ki, müstəqillik mərhələsində işğal və əsarət rəmzi olan şimal, kolonial mərhələdə ədalət, xoşbəxtlik və günəş simvolları ilə təqdim edilmişdir. Məqalədə nəzər salınan güney metaforu isə hər iki mərhələdə milli düşüncəli və kommunist şairlərin yaradıcılığında onların bütövlük və milli birliklə bağlı arzularını, Təbriz həsrətini və kədərini ifadə etmişdir.

Anahtar Kelimeler

Destekleyen Kurum

Avrasya Universiteti

Kaynakça

  1. Altaylı, S. (2023). Kitab-ı Siretûn Nebi. Altın Ordu Yayınları.
  2. Cabbarlı, C. (2005). Əsərləri (Vol. Dört cilddə). Şərq-Qərb.
  3. Cavad, Ə. (2005). Seçilmiş əsərləri. Şərq-Qərb.
  4. Füzuli, M. (2005). Əsərləri (Vol. Altı cilddə). Şərq-Qərb. İldırım, A. (2004). Sеçilmiş əsərləri. Öndər nəşriyyat.
  5. Məmmədli, A. (2010). Əhməd Cavad və Türkiyə. Elm və Təhsil.
  6. Müşfiq, M. (2004). Sеçilmiş əsərləri. Şərq-Qərb.
  7. Rəsulzadə, M. (1955). Mayıs duyğuları. Azərbaycan, 12. (Ankara)
  8. Rəsulzadə, M. (1991). Əsrimizin Səyavuşu. Gənclik

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları

Bölüm

Teorik Makale

Yayımlanma Tarihi

15 Ekim 2025

Gönderilme Tarihi

25 Şubat 2025

Kabul Tarihi

4 Haziran 2025

Yayımlandığı Sayı

Yıl 2025 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
Memmedova-kekeç, E. (2025). Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları. Müqayisəli Ədəbiyyatşünaslıq, 2(1), 5-19. https://izlik.org/JA42NF54DN
AMA
1.Memmedova-kekeç E. Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları. CL. 2025;2(1):5-19. https://izlik.org/JA42NF54DN
Chicago
Memmedova-kekeç, Elmira. 2025. “Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları”. Müqayisəli Ədəbiyyatşünaslıq 2 (1): 5-19. https://izlik.org/JA42NF54DN.
EndNote
Memmedova-kekeç E (01 Ekim 2025) Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları. Müqayisəli Ədəbiyyatşünaslıq 2 1 5–19.
IEEE
[1]E. Memmedova-kekeç, “Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları”, CL, c. 2, sy 1, ss. 5–19, Eki. 2025, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA42NF54DN
ISNAD
Memmedova-kekeç, Elmira. “Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları”. Müqayisəli Ədəbiyyatşünaslıq 2/1 (01 Ekim 2025): 5-19. https://izlik.org/JA42NF54DN.
JAMA
1.Memmedova-kekeç E. Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları. CL. 2025;2:5–19.
MLA
Memmedova-kekeç, Elmira. “Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları”. Müqayisəli Ədəbiyyatşünaslıq, c. 2, sy 1, Ekim 2025, ss. 5-19, https://izlik.org/JA42NF54DN.
Vancouver
1.Elmira Memmedova-kekeç. Azərbaycan Şeirinin Kolonial və Postkolonial Mərhələlərində Bayraq, Şimal və Cənub Metaforları. CL [Internet]. 01 Ekim 2025;2(1):5-19. Erişim adresi: https://izlik.org/JA42NF54DN