Azərbaycanda xanlıqlar dövründə mərkəzi hakimiyyət qurula bilinməmiş və XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən işğal edilmişdir. Türkmənçay sülh müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda siyasi motivli şeirlər Qasım bəy Zakir kimi şairlərin yaradıcılığından başlayaraq ortaya çıxmağa başlamışdır. Bir əsrə yaxın müstəmləkə altında olan Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin yaratdıqları Cümhuriyyətin ömrü isə, təəssüf ki, uzun olmamışdır. Lakin 1918-1920-ci illərdə Azərbaycan milli siyasi şeiri formalaşmış, Əhməd Cavad başda olmaqla müstəqilliyi vəsf edən, üçrəngli bayrağı alqışlayan şairlərin yaradıcılıq nümunələrində antikolonial məzmun yer almışdır. Bayraq metaforu azadlığın rəmzi, şimal məcazı isə müstəmləkənin simvolu kimi verilmişdir. Azərbaycan ikinci dəfə bolşevik ruslar tərəfindən işğal edilib müstəmləkəyə çevrildikdən sonra isə bu metaforlar zamanla öz mahiyyətini dəyişmişdir. Süleyman Rüstəm başda olmaqla, kommunist şairlərin yaradıcılığında SSRİ bayrağını və ya sovetin məcazlar sistemində xüsusi yeri olan qırmızını ifadə edən al bayraq mədh edilmiş, üçrəngli bayrağı ananlar ya güllələnmiş, ya da sürgün edilmişdir. Eyni zamanda şimal metaforuna da poeziyanın münasibəti dəyişmişdir. Belə ki, müstəqillik mərhələsində işğal və əsarət rəmzi olan şimal, kolonial mərhələdə ədalət, xoşbəxtlik və günəş simvolları ilə təqdim edilmişdir. Məruzədə nəzər salınan güney metaforu isə hər iki mərhələdə milli düşüncəli və kommunist şairlərin yaradıcılığında onların bütövlük və milli birliklə bağlı arzularını, Təbriz həsrətini və kədərini ifadə etmişdir.
Metafor kolonial postkolonial Azərbaycan Məhəmmədəmin Rəsulzadə poeziya
After the death of Nader Shah in Azerbaijan, during the period of khanates, a central authority could not be established, and in the early 19th century, it was occupied by Tsarist Russia. Following the Treaty of Turkmenchay, which divided Azerbaijan into two parts, politically motivated poems began to emerge in the works of poets such as Gasim bey Zakir. Unfortunately, the Republic established by Azerbaijan's prominent socio political figures after nearly a centur y of colonization did not last long. However, during 1918 1920, Azerbaijani national political poetry took shape, and anti colonial content appeared in the creative works of poets, led by Ahmad Javad, who praised independence and celebrated the tricolor fl ag. The flag metaphor was presented as a symbol of freedom, while the northern metaphor symbolized colonization. After Azerbaijan was occupied for the second time by Bolshevik Russians and turned into a colony, these metaphors gradually changed their essen ce. Led by Suleyman Rustam, communist poets praised the USSR flag or the red flag, which held a special place in the Soviet system of metaphors, while those who mentioned the tricolor flag were either shot or exiled. Simultaneously, poetry's attitude towar d the northern metaphor also changed. The north, which was a symbol of occupation and captivity during the independence period, was presented with symbols of justice, happiness, and sun during the colonial period. The southern metaphor examined in the pape r expressed the aspirations for integrity and national unity, longing for Tabriz, and sorrow in the works of both nationally minded and communist poets during both periods.
Metaphor colonial postcolonial Azerbaijan Mahammadamin Rasulzadeh poetry
Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar dövründə mərkəzi hakimiyyət qurula bilinməmiş və XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən işğal edilmişdir. Türkmənçay sülh müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda siyasi motivli şeirlər Qasım bəy Zakir kimi şairlərin yaradıcılığından başlayaraq ortaya çıxmağa başlamışdır. Bir əsrə yaxın müstəmləkə altında olan Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin yaratdıqları Cümhuriyyətin ömrü isə, təəssüf ki, uzun olmamışdır. Lakin 1918-1920-ci illərdə Azərbaycan milli siyasi şeiri formalaşmış, Əhməd Cavad başda olmaqla müstəqilliyi vəsf edən, üçrəngli bayrağı alqışlayan şairlərin yaradıcılıq nümunələrində antikolonial məzmun yer almışdır. Bayraq metaforu azadlığın rəmzi, şimal məcazı isə müstəmləkənin simvolu kimi verilmişdir. Azərbaycan ikinci dəfə bolşevik ruslar tərəfindən işğal edilib müstəmləkəyə çevrildikdən sonra isə bu metaforlar zamanla öz mahiyyətini dəyişmişdir. Süleyman Rüstəm başda olmaqla, kommunist şairlərin yaradıcılığında SSRİ bayrağını və ya sovetin məcazlar sistemində xüsusi yeri olan qırmızını ifadə edən al bayraq mədh edilmiş, üçrəngli bayrağı ananlar ya güllələnmiş, ya da sürgün edilmişdir. Eyni zamanda şimal metaforuna da poeziyanın münasibəti dəyişmişdir. Belə ki, müstəqillik mərhələsində işğal və əsarət rəmzi olan şimal, kolonial mərhələdə ədalət, xoşbəxtlik və günəş simvolları ilə təqdim edilmişdir. Məqalədə nəzər salınan güney metaforu isə hər iki mərhələdə milli düşüncəli və kommunist şairlərin yaradıcılığında onların bütövlük və milli birliklə bağlı arzularını, Təbriz həsrətini və kədərini ifadə etmişdir.
Metafor kolonial postkolonial Azərbaycan Məhəmmədəmin Rəsulzadə poeziya
Avrasya Universiteti
| Birincil Dil | Azerice |
|---|---|
| Konular | Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları |
| Bölüm | Teorik Makale |
| Yazarlar | |
| Gönderilme Tarihi | 25 Şubat 2025 |
| Kabul Tarihi | 4 Haziran 2025 |
| Yayımlanma Tarihi | 15 Ekim 2025 |
| Yayımlandığı Sayı | Yıl 2025 Cilt: 2 Sayı: 1 |