“Səməd Vurğun Türkmən ədəbiyyatşünaslığında” adlı məqalədə Xalq şairi Səməd Vurğu-nun zəngin yaradıcılığı türkmən ədəbiyyatşünaslığında öyrənilir. Göstərilir ki, türkmən yazıçıları Berdi Kerbabayevin “Azərbaycanın Xalq şairi”, O.Sapayevin “Səməd Vurğun” elmi məqalələri Türkmənistan elmi fikrində özünəməxsus yeri olan dəyərli nümunələrdir. Məqalədə S.Vurğunun yalnız milli türkmən ədəbiyyatşünaslığında deyil, eləcə də bütün türk xalqlarının ədəbiyyatşünaslı-ğında əhəmiyyətli yeri və mövqeyi olduğu əsaslandırılır.
Məqalə müəllifi Səməd Vurğunun “Seçilmiş əsərləri”nin bir cildliyinin hələ 50-ci illərdə Türkmə-nistanda nəşr olunduğunu göstərir. Bildirir ki, Q.Seyitliyev, D.Xaldurdi, Y.Nəsirli, Q.Qurbansəhə-tov, A.Atacanov, Q.Burunov, A.Qobusov və başqalarının S.Vurğunun türkmən dilinə tərcüməsi türkmən ədəbiyyatşünaslığında elmi tədqiqatların aparılmasına vəsilə olmuşdur.
Türkmən ədəbiyyatşünasları Səməd Vurğun poeziyası haqqında yüksək elmi fikir söyləmiş, xüsusi-lə türkmən ədəbiyyatşünası Əkbər Ruhinin Səməd Vurğun yaradıcılığına həsr etdiyi məqalələrin təhlili araşdırma predmeti olmuşdur.
Onu da qeyd etmək zəruriyyəti yaranır ki, ümumiyyətlə, türkmən ədəbiyyatşünaslarının Səməd Vurğun haqqında qələmə aldıqları məqalələrdə Səməd Vurğunla bağlı xatirələrə yer verməyi daha üstün tuturlar. Bu baxımdan Türkmənistanın Xalq yazıçısının S.Vurğun haqqında yazdığı və 1966-cı ildə 22 mart “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş məqaləsi xüsusilə qeyd olunmalıdır.
Birincil Dil | Azerice |
---|---|
Konular | Çağdaş Türk Lehçeleri ve Edebiyatları (Diğer) |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 28 Aralık 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 2 |