Araştırma Makalesi
BibTex RIS Kaynak Göster

Yavuz Akpınar tədqiqatlarında Mirzə Fətəli Axundzadənin komedialarının təhlili.

Yıl 2019, Cilt: 4 Sayı: 4, 126 - 131, 30.12.2019

Öz

        Xülasə



M.F.Axundzadə yaradıcılığı, bədii
irsi dəfələrlə araşdırmalara cəlb olunmuş hər dəfə fərqli yanaşmalar yeni baxış
tərzi ilə ədəbi mühütdə özünə yeni can qazanmışdır. Təkcə Azərbycanda deyil, Azərbaycandan
kənarda bu sahə ilə məşğul olan tədqiqatçılar mövcud olmuşdur. Yavuz Akpınar Türkiyədə
ilk dəfə M.F.Axundzadə irsini tədqiqata cəlb edən, ədəbiyyat xadimlərindən
biridir. Tədqiqatçının araşdırmalarında M.F.Axundzadə irsi bütün yönləri ilə təhlil
və tənqidin yeni çərçivələri daxilində öz təsdiqini tapmışdır. Təsadüfü deyil
ki, araşdırmanın adı da “Mirzə Fətəli Axundzadə bütün yönləri ilə”
adlandırılır. Lakin bugünkü, araşdırmamızın mövzusunu Axundzadənin bütün həyat
və yaradıcılığına Yavuz Akpınar qələmi ilə olan yanaşmalara münasibətdən daha
çox, komediyalara, təmsilata olan münasibəti zəminində ələ alacağıq. Bu günə qədər
qoyulan məsələlərin mahiyyəti və genişliyini nəzərə alaraq deyə bilərik ki, heç
bir tədqiqatçının yaradıcılığında M.F.Axundzadənin yaradıcılığı bu qədər əhatəli
bir şəkildə tədqiqata cəlb edilməmişdir.



Tədqiqatçının komediyaların təhlili
və tənqidi ilə bağlı ələ aldığı mövzuların əhatə dairəsi bir məqalənin həcmindən
daha çoxunu əhatə etdiyindən qələmə aldığımız məqalədə, daha çox geniş həcimli
və müzakirəsinin labüdlüyü baxımından əhəmiyyət daşıyan problemlər ələ alınacaq.



Komediyaların yaranma səbəbləri,
müsbət və mənfi tiplər, fərdi eləcə də qarşılıqlı münasibətlər, batil
inancların obrazların qismində dəyərəndirilməsi kimi bir çox məsələlər Yavuz
Akpınar qələmindən təsnif olunmuşdur ki, araşdırma zamanı bu məsələlərə toxunulacaq.
Sözsüz ki, Azərbaycan ədəbiyyatında Axundov yaradıcılığı, komediyaları fərqli zəminlərdə
ələ alınmış burada qeyd edilən bir çox problemlər azərbaycanlı mütəfəkkirlər tərəfindən
işıqlandırılmışdır. Bununla belə Yavuz Akpınarın yanaşmaları öz orijinallığı,
obrazlara münasibətin təkrarsızlığı ilə şübhəsiz ki, tədqiqatçıların diqqətini
çəkəcəyini düşünürəm. Eyni zamanda bu dissestasiya işinin müəllifin şəxsi
kitabxanasından istifadə edilərək qələmə alındığını nəzərə alaraq, deyə bilərik
ki, bu mövzu Azərbaycan ədəbiyyatında eləcə də Türkiyədə qələmə alınmış ilk tədqiqat
hesab edilə bilər. 

Kaynakça

  • Ədəbiyyat Siyahısı1. Akpınar Y. 1994.Azəri ədəbiyyatı araşdırmaları. Bengü2. Akpınar Y. 1980. M.Fətəli Axundzadə.(Bütün yönləri ilə) dok.tez3. Cəfərov C. 1968. M.F.Axundzadənin dramaturgiyası. Dramaturgiya və teatr. 2 cilddə, I s., Bakı 4. Qasımzadə F. 1974. XIX əsr Azərbaycan ədəbiyytı tarixi. Maarif nəşriyyatı. http://web2.anl.az:81/read/page.php?bibid=16360&pno=25. Muradov N, Özkaya Y. 2018 Yavuz Akpınar Armağanı.Armağan6. Yusifli C. 1991. M.F.Axundzadənin maarifçi estetikası. Qobustan jurnlı № 3
Toplam 1 adet kaynakça vardır.

Ayrıntılar

Birincil Dil Türkçe
Konular Sanat ve Edebiyat
Bölüm Mevcut Sayı
Yazarlar

Pərvanə Kərimova 0000-0003-3405-9046

Yayımlanma Tarihi 30 Aralık 2019
Gönderilme Tarihi 30 Ağustos 2019
Yayımlandığı Sayı Yıl 2019 Cilt: 4 Sayı: 4

Kaynak Göster

APA Kərimova, P. (2019). Yavuz Akpınar tədqiqatlarında Mirzə Fətəli Axundzadənin komedialarının təhlili. Al Farabi Uluslararası Sosyal Bilimler Dergisi, 4(4), 126-131.

The open access statement