1980-ci illər Sovetlər birliyinin tərkibində yaşayan türk xalqlarının həyatında ictimai-siyasi hadisələrin fonunda ciddi dəyişmə prosesləri müşahidə olunmaqdaydı. Böyük əraziləri, ayrı-ayrı dövlətlərinin əksəriyyətini zorla, işğal yoluyla tərkibinə qatan Sovet imperiyası dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Belə olduğu təqdirdə, imperiyanın tərkibində yaşayan türk xalqlarının həyatında, o cümlədən ədbiyyatlarında dəyişmə, yenilənmə prosesləri getməkdəydi. Yaranan yeni və qismən demokratik mühit ədəbiyyatda ilk növbədə milli məzmunun güclənməsinə şərait yaratmışdı. Türkmən ədəbiyyatında da bu dövrdə qeyd etdiyimiz demokratikləşmə proseslərinin ifadəsini görmək mümkündür. Müstəqillik öncəsində baş verən bu proseslərin nəticəsində Türkmən ədəbiyyatında tarixi şəxsiyyət məsələsi ön plana çıxmağa başlayır. 1980-ci illərdə Türkmənistanın müstəqillik ideyasını, milli düşüncəsini ədəbiyyatda ifadəsi baxımından klassik türkmən ədibləri, birlik uğrunda mübarizə aparmış tarixi qəhrəmanların obrazının yaradılması məsələsi aktuallıq qazanmağa başlamışdır. Gövşüd xan, Dövlətməmməd Azadi, Molla Nəfəs və türkmən ədəbiyyatının simvolu olan Məhtimqulu Fəraqi bu dövrdə türkmən nasirlərinin ən çox müraciət etdiyi ədəbi-tarixi şəxsiyyətlərdir. Tədqiqata cəlb etdiyimiz Qılıç Quliyevin “Məhtimqulu” romanında görkəmli türkmən şairi, türkmənlərin birliyi uğrunda həyatı boyu mübarizə aparmış Məhtimqulunun obrazı yaradılmışdır. Məhtimqulu Fəraqinin gənclik, yetkinlik dövründən başlayaraq qocalığına qədər həyatının əsas məqamlarının təsvir olunduğu “Məhtimqulu” romanını avtobioqrafik roman da adlandırmaq olar. Romanda Məhtimqulunun gənclik vaxtından başlayaraq atası Dövlətməmməd Azadi ilə söhbətləri, Xivədə təhsil dövrü və ordan qayıtdıqdan sonra həm şair. Həm də ictimai xadim kimi fəaliyyətinin əsas cizgiləri bədii planda təsvir edilmişdir. Məqalədə Qılıç Quliyevin “Məhtimqulu” romanında Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının, ictimai ideallarının reallıqdan bədii nəsrə köçürülməsi, əks olunması tədqiqata cəlb edilmişdir.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 5 Haziran 2024 |
Yayımlanma Tarihi | 7 Haziran 2024 |
Gönderilme Tarihi | 30 Mart 2024 |
Kabul Tarihi | 19 Nisan 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 |