Research Article

İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA

Number: 54 October 17, 2022
  • Sahla Ahmadova
TR EN

İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA

Abstract

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İsmayıl Şıxlı müasir dövrdə ən çox oxunan, əsərləri təkrar-təkrar nəşr olunan, adı məktəb dərsliklərindən düşməyən, haqqında tədqiqat işləri yazılan ədiblərdəndir. İ. Şıxlının əsərlərinin dili araşdırmaların mövzusu olsa da, xüsusən məşhur “Dəli Kür” əsərinin dili tədqiq olunsa da, onun bədii dilinin lüğətçilik üçün əhəmiyyəti diqqətdən kənarda qalmışdır. Bu məqalədə İsmayıl Şıxlının bədii dili leksikoqrafik yöndən təhlil olunur, müxtəlif tipli lüğətlərin, xüsusən izahlı lüğətlərin tərtibində istifadə olunması yolları araşdırılır, İ. Şıxlının dilinin lüğətinin tərtibinin vacibliyi vurğulanır. İ. Şıxlı leksikasının maraq doğuran qismi Azərbaycan dilinin izahlı lüğətində olmayan, lakin oxucunun qarşısına çıxa biləcək az işlək leksikadır. Belə sözlər kifayət qədərdir və həm ümumi lüğətlərdə, həm də yazıçı lüğətində təmsil olunmalıdır. Məsələn: yehrələnmək - zolaq şəklində nizamla biçilmək, nizamla biçilib zolaq şəklində düzülmək; züllə papaq - qıvrım tüklü dəridən tikilən çox hündür papaq növü. XI Ordu əsgərlərinin baş geyiminə də xalq arasında qədim papaq növünü xatırlatdığı üçün züllə papaq demişlər; heykirmək - bağırmaq, böyürmək, hayqırmaq. İ. Şıxlının dili etnoqrafik leksika ilə zəngindir. Şıxlının əsərlərində xalqın həyatı, məişəti, adət-ənənələri ilə bağlı bəzi sözlərin geniş ensiklopedik izahını tapmaq mümkündür: iynəlik - Novruz bayramı adətlərindən biri. cıdırhəngi - izahlı lüğətdə qeydə alınmayıb. Cıdır yarışlarında ifa olunan zərbli havanın və rəqsin adı. dirədöymə - izahlı lüğətdə yalnız oyun adı kimi qeydə alınsa da, İ. Şıxlı dilində həm də rəqs havasının adı kimi rast gəlinir. Ümumi izahlı lüğətlərin tərtibində dildə sözün bütün mənalarını əhatə etmək üçün bəzən dörd-beş yazıçının yaradıcılığından istifadə etmək lazım gəlir. İ. Şıxlı sözün çoxmənalılıq imkanlarını məharətlə sərgiləyə bilir, sözün məna tutumunu təqdim etmək üçün lüğət materialı verir. Məqalədə daban sözünün 4 mənada, kötük sözünün üç mənada işlənməsinə dair illüstrativ material göstərilir. İ. Şıxlı yaradıcılığını leksikoqrafik baxımdan araşdırmaq və maraqlı dil faktlarını üzə çıxarmaq Azərbaycan dili adlı bir xəzinənin tərkib hissələrinin toplanması, dil bankının (korpusunun) zənginləşməsi, çoxcildlik ümumi lüğətlərin tərtibi işinə də xidmətdir.

Keywords

References

  1. Azərbaycan dilinin dialektoloji lüğəti. (2007). Bakı: Şərq-Qərb.
  2. Azərbaycan dilinin izahlı lüğəti. (1966). 4 cilddə. I cild. Bakı: Elm.
  3. Azərbaycan dilinin izahlı lüğəti. (1980). 4 cilddə. II cild. Bakı: Elm.
  4. Azərbaycan dilinin izahlı lüğəti. (1983). 4 cilddə. III cild. Bakı: Elm.
  5. Azərbaycan dilinin izahlı lüğəti. (1987). 4 cilddə. IV cild. Bakı: Elm.
  6. Əhmədov, B. (2015). Etimologiya lüğəti. Bakı: Altun kitab.
  7. Xəlilov, B. (2014). İsmayıl Şıxlı: müəllim haqqında müəllim sözü. Bakı: Bakı çap evi.
  8. Kaşğari, M. (2006). Divanü Lüğat-it-türk. 4 cilddə, I cild, Bakı: Ozan.

Details

Primary Language

Turkish

Subjects

Language Studies, Creative Arts and Writing

Journal Section

Research Article

Authors

Sahla Ahmadova This is me
0000-0003-0400-0393
Azerbaijan

Publication Date

October 17, 2022

Submission Date

June 15, 2021

Acceptance Date

June 3, 2022

Published in Issue

Year 2022 Number: 54

APA
Ahmadova, S. (2022). İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA. Türk Dünyası Dil Ve Edebiyat Dergisi, 54, 69-91. https://doi.org/10.24155/tdk.2022.207
AMA
1.Ahmadova S. İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2022;(54):69-91. doi:10.24155/tdk.2022.207
Chicago
Ahmadova, Sahla. 2022. “İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA”. Türk Dünyası Dil Ve Edebiyat Dergisi, nos. 54: 69-91. https://doi.org/10.24155/tdk.2022.207.
EndNote
Ahmadova S (October 1, 2022) İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA. Türk Dünyası Dil ve Edebiyat Dergisi 54 69–91.
IEEE
[1]S. Ahmadova, “İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA”, Türk Dünyası Dil ve Edebiyat Dergisi, no. 54, pp. 69–91, Oct. 2022, doi: 10.24155/tdk.2022.207.
ISNAD
Ahmadova, Sahla. “İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA”. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 54 (October 1, 2022): 69-91. https://doi.org/10.24155/tdk.2022.207.
JAMA
1.Ahmadova S. İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2022;:69–91.
MLA
Ahmadova, Sahla. “İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA”. Türk Dünyası Dil Ve Edebiyat Dergisi, no. 54, Oct. 2022, pp. 69-91, doi:10.24155/tdk.2022.207.
Vancouver
1.Sahla Ahmadova. İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2022 Oct. 1;(54):69-91. doi:10.24155/tdk.2022.207