AZƏRBAYCAN RESPUBLİKASINDA HƏYATA KEÇİRİLƏN SOSİAL-İQTİSADİ TƏDBİRLƏR- ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNİN HƏLLİ YOLLARI (2004-2014)
Abstract
2004-2014-cü illər Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında böyük dönüş nöqtəsi yaradan bir dövr hesab olunur. Prezident İlham Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra, inkişafda varislik saxlanmaqla, inkişafın yeni mərhələsi başlandı. Respublikada iqtisadi yüksəlişin təmin olunmasında neft sənayesinin və ondan əldə olunan gəlirlərin rolu böyükdür. Azərbaycan neftinin dünya bazarına çıxarılması ölkəyə daxil olan valyutanın miqdarının artması ilə nəticələnəcəyi əvvəlcədən proqnozlaşdırılmış və əldə olunacaq maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin, şəffaflığının artırılması istiqamətində müəyyən hazırlıq işləri görülmüşdür. Ölkə başçısı dəfələrlə öz çıxışlarında bu barədə geniş söhbət açmış və yürüdülən siyasətin dövlətin deyil, ancaq xalqın milli mənafeyinə xidmət etdiyini bildirmişdir. Bu baxımdan qəbul olunan bütün proqramlar, qanunlar, tədbirlər planı birbaşa dövlətin nəzarəti altında həyata keçirilir. Müxtəlif istiqamətləri əhatə edən insan kapitalı sosial-iqtisadi, siyasi və hüquqi sahələrə ciddi təsir etmək imkanlarına malikdir. Yəni, qeyd olunan amillər insanın cəmiyyətdəki yerini və rolunu müəyyənləşdirməklə yanaşı, onun həyat səviyyəsini də səciyyələndirir. Təsadüfi deyildir ki, yüksək inkişaf etmiş ölkələrin milli sərvətində insan kapitalı əhəmiyyətli yer tutur. Hal-hazırda da bizim ölkə siyasətinin də əsasında bu durur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunur, dövlətin hər zaman vətəndaşının yaninda olduğunu, onu qoruduğunu vurğulayır. Xüsusən də yoxsulluq və işsizlik kimi problemlərin aktual olduğu bir dövrdə ərzaq təhlükəsizliyi və təminatı məsələsi dövlətin daim diqqət mərkəzindədir və bu sahədə islahatlar hələ də davam etməkdədir.
Keywords
References
- ABBASOV, İ. (2013). Azərbaycanın və Dünya Ölkələrinin Kənd Təsərüffatı, Bakı: Elm.
- ƏLİYEV, İlham (2009). İnkişaf Məqsədimizdir, Bakı: Azərnəşr.
- _____ (2010). İnkişaf Məqsədimizdir, Beşinci Kitab, Bakı: Azərnəşr.
- AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT STATİSTİKA KOMİTƏSİ (2011). "Yeni iş yerləri" Statistik Məcmuə,İllik hesabat, Yanvar.
- AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ (2009). Əmək və Sosial Problemlər, Elmi Əsərlər Toplusu, V Buraxılış, Bakı: Arxidey MMC.
- HƏSƏNOV, R. (2011). Tənəzzüldən Stabilliyə,stabillikdən Tərəqqiyə Doğru Təkamülün Xüsusiyyətləri və Perspektivləri, Bakı : Azərnəşr.
- NAXÇIVANLI, A. (2012). Şəxsiyyətin Qüdrəti, Bakı: Yazıçı.
- SOSİAL MÜAVİNƏTLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (2006). (7 fevral 2006-cı il, N-55-IIIQ), Qanunvericilik Toplusu, Maddə 76, Azərbaycan, 241-247 səh.
Details
Primary Language
Turkish
Subjects
-
Journal Section
Research Article
Authors
Gunel Adıgözelova
*
Azerbaijan
Publication Date
July 31, 2019
Submission Date
August 1, 2019
Acceptance Date
August 6, 2019
Published in Issue
Year 2019 Volume: 2 Number: 3